Icma.az
close
up
RU
Azərbaycan Dohada 12 ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

Azərbaycan Dohada 12 ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 5 fevral, AZƏRTAC

Qətərin paytaxtı Dohada 12-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “AgriteQ 2025” öz işinə başlayıb.

AZƏRTAC Azərbaycanın Qətərdəki səfirliyinə istinadla xəbər verir ki, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin himayəsi altında təşkil olunmuş sərgidə Azərbaycan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Oman, Somali, Albaniya, İndoneziya, Nepal, Malayziya, Tanzaniya, Uruqvay, Belorus, Hollandiya, Misir və digər ölkələr təmsil olunur. Sərgidə, ümumilikdə 29 ölkədən 300 şirkət iştirak edir.

Açılış mərasimində Qətərin Şura Məclisinin sədri Həsən bin Abdullah əl-Ğanim, təhsil naziri Lulvah bint Raşid bin Məhəmməd əl-Xatir, ədliyyə naziri və Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri İbrahim bin Əli əl-Muhənnədi, BƏƏ-nin iqlim dəyişiklikləri naziri Aminə bint Abdullah əl-Dahak, Somalinin kənd təsərrüfatı və suvarma naziri Məhəmməd Abdi Hayir və Albaniyanın kənd təsərrüfatı və kənd inkişaf naziri Anila Denaj, həmçinin Qətərdə akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də regional və beynəlxalq kənd təsərrüfatı təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qətərin bələdiyyə işləri üzrə naziri Abdullah bin Həməd bin Abdullah əl-Attiya qeyd edib ki, builki sərgi Qətərin “Milli Baxış -2030” proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Sərginin hədəfi yerli istehsalın artırılması, fermerlərin dəstəklənməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və ərzaq məhsuldarlığının artırılması üçün innovativ həllərin tətbiqinə əsaslanan inteqrasiya olunmuş kənd təsərrüfatı sisteminin inkişafına töhfə verməkdir.

Qətərli nazir əlavə edib ki, son beş ildə ölkəsində dövlət və özəl sektorunun birgə səyləri nəticəsində kənd təsərrüfatı istehsalında mühüm irəliləyişlər əldə edilib. Belə ki, ölkədə tərəvəz istehsalında 50 faiz, süd məhsulları istehsalında 97 faiz, təzə quş əti və süfrə yumurtası istehsalında 98 faiz artıma nail olunub. Bu onu göstərir ki, ölkə artıq bu sahələrdə özünütəmin edə bilir.

Qeyd edilməlidir ki, Azərbaycanın səfirliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Qətərdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi “AgriteQ 2025” sərgisində stend qurub. Azərbaycan stendində yerli istehsallı kənd təsərrüfatı məhsulları, o cümlədən mövsümi meyvələr, çərəzlər, bal, müxtəlif çeşiddə çay, zəfəran, mürəbbə, meyvə şirələri, turşu və konservləşdirilmiş tərəvəzlər nümayiş olunur. Həmçinin qeyd edilməlidir ki, təşviqat məqsədilə Qətərə göndərilmiş Kəlbəcərin “İstisu” mineral suları Dohada keçirilən belə bir mötəbər beynəlxalq sərgidə ilk dəfə olaraq təqdim olunub. Azərbaycan stendini ziyarət edən qonaqlara “İstisu” hədiyyə edilib.

Azərbaycanın milli stendində sərgilənən məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Ölkəmizdə istehsal olunmuş məhsulların keyfiyyəti, qablaşdırılması və dadı Qətərin yerli iş adamları tərəfindən yüksək qiymətləndirilib və bu məhsulların Qətərə ixracının əhəmiyyəti vurğulanıb.

“AgriteQ 2025” beynəlxalq sərgisi 8 fevral tarixinədək davam edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri