Icma.az
close
up
RU
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Ermənistanın ekoloji cinayətlərini ifşa edən interaktiv rəqəmsal xəritə barədə məlumatlandırılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Ermənistanın ekoloji cinayətlərini ifşa edən interaktiv rəqəmsal xəritə barədə məlumatlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində “Enviromental Protection First” Koalisiyası tərəfindən seminar keçirilib. Tədbirdə universitetin tələbələrinə Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyətini ifşa edən interaktiv rəqəmsal xəritə barədə məlumat verilib. Seminarda ekologiya mühəndisliyi və iqtisadi idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın sədri Amin Məmmədov Ermənistanın torpaqlarımızı işğal altında saxladığı zaman təbii sərvətlərimizi, o cümlədən qiymətli metalları istismar etməsindən danışıb. 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən ekoloji aksiyanı xatırladan A. Məmmədov bildirib: "Həmin aksiyada ekofəallar olaraq təbii sərvətlərimizin qeyri-qanuni istismarına etirazımızı bildirdik. Söhbət Dəmirli və Qızılqulaq yataqlarından gedirdi. 27 ildən çox müddətdə Qarabağ regionunun hava, su və torpağının qeyri-qanuni istismara məruz qalması maliyyə dəyəri ilə hesablanmalıdır. Ölkəmizin təbiətinə böyük zərər dəyib. Biz bu məlumatları Azərbaycan hökumətinə təqdim etmişik. Ermənistan beynəlxalq konvensiyalar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmir".

"Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov sözügedən xəritənin 3 dildə hazırlandığını və elektron variantınının bir müddət öncə geniş ictimaiyyətə təqdim olunduğunu xatırladıb: "Bu elektron xəritəni müxtəlif məlumatlar toplusu adlandırmaq olar. Koalisiyanın saytında yerləşdirilən xəritə hər kəsə açıqdır. Ən müasir üsullarla kosmik görüntülərdən istifadə olunmaqla hazırlanan xəritə bir daha sübut edir ki, Ermənistan tərəfindən transsərhəd çaylar ağır metallarla çirkləndirilir. Bunların hamısı Kür və ya Araz çayına axıdılır. Flora və faunanın çirkləndirilməsinə səbəb olan 13-ə yaxın zavod və fabrik haqqında məlumatlar xəritədə yerləşdirilib".

Tədbirdə, həmçinin bildirilib ki, xəritə hazırlanarkən Qeyri-hökumət təşkilatlarının apardıqları monitorinqlərin nəticələri nəzərə alınıb. Xəritədə Qarabağ ərazisinda yerləşən yaşayış məntəqələri ilə yanaşı, 600-ə qədər çay və dağ adı qeyd edilib, yer adları Azərbaycan toponimləri ilə göstərilib.

İnteraktiv formada keçirilən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri