Icma.az
close
up
RU
Qış aylarında dərslər saat 9 da başlaya bilər

Qış aylarında dərslər saat 9 da başlaya bilər

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son zamanlar geniş müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 8-də dərs başlayanda havanın hələ qaranlıq olmasından narahatdırlar. Məlumdur ki, hər kəs evinə yaxın məktəbdə təhsil almır. Rayon və kənd yerlərində isə qaranlıq havada dərsə getmək daha təhlükəli olur.
Əvvəllər saatlar yay və qış vaxtına uyğun olaraq irəli və ya geri çəkildiyi üçün bu cür problemlər yaranmırdı. Şagirdlər və müəllimlər qış aylarında əziyyət çəkmirdilər, dərslər isə hava aydınlaşdıqdan sonra başlayırdı.
Lakin artıq bir neçə ildir ki, saatlar irəli-geri çəkilmir və buna görə də oxşar çətinliklər yaranır.
Mütəxəssislər hesab edirlər ki, qış mövsümündə dərslərin başlanma vaxtının saat 9:00-a keçirilməsi təhsilin daha təhlükəsiz və effektiv təşkilinə mühüm töhfə verə bilər.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. 
Mütəxəssisin fikrincə, dərslərin qış aylarında saat 9-da başlaması mümkündür:
“Təbii ki, qış aylarında hava daha erkən qaralır. Xüsusilə də dekabrın 22–23-də qış fəsli daxil olarkən ilin ən uzun gecəsi qeydə alınır və bu dövrdə hava xeyli erkən qaralır. Səhər saatlarında isə günəş şüalarının düşməsi daha gec baş verdiyi üçün təbii olaraq, şagirdlərin dərsə başlama vaxtı hələ qaranlıq vaxta təsadüf edir. Bu vəziyyət təxminən bir ay, bəzən isə bir ay yarım müddətində davam edir. Yəni demək olar ki, fevral ayının əvvəllərindən etibarən havanın tədricən işıqlandığını müşahidə edirik.
Lakin məsələ ondadır ki, şagirdlərin qaranlıq şəraitdə təhsil müəssisələrinə getməsi, üstəlik onların əksəriyyətinin məktəblərə yaxın ərazilərdə deyil, uzaq məsafələrdən daşınması müəyyən narahatlıqlar yaradır. Bu narahatlığın aradan qaldırılması üçün müəyyən bir dövr ərzində – məsələn, bir aylıq və ya 40 günlük müddət üçün dərslərin saat 09:00-da başlanması mümkündür.
Hətta dekabr, yanvar və fevral aylarında dərslərin bu saatda başlanmasının tətbiq edilməsi də mümkündür.
Doğrudur, bu tətbiq şəhər mühitində həyata keçirildiyi halda nəqliyyat sıxlığının daha uzunmüddətli olmasına gətirib çıxara bilər. Bölgələrdə isə belə bir problemlə üzləşməyəcəyik.
Amma paytaxtda bu qərar tətbiq olunduğu təqdirdə, şagirdlər daha işıqlı şəraitdə təhsil müəssisələrinə gedə biləcəklər ki, bu da onların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına səbəb olar”.
Elçin Əfəndi həmçinin vurğulayıb ki, dərslərin saat 8-də və ya 9-da başlamasının təhsilin effektivliyinə birbaşa təsir göstərmir:
“Ola bilsin ki, bu dəyişiklik müəyyən qədər davamiyyətə təsir etsin və ya gecikmə hallarının artmasına səbəb olsun. Lakin təsir məhz bu məqamlarla məhdudlaşır. Effektiv təhsil metodları dərsin bir saat tez və ya gec başlamasından asılı deyil.
Ümumilikdə isə dərslərin qış aylarında saat 9-da başlaması müəyyən edilsə, burada ciddi bir problem yaranmaz. Hava hələ tam işıqlanmadığı üçün şagirdlər bəzən yuxulu vəziyyətdə olur və tam ayıla bilmirlər ki, bu da müəyyən qədər təsir göstərə bilər. Amma eyni zamanda, erkən saatlarda oyandıqları üçün beyinlərinin daha “təmiz” vaxtı olur və dərs prosesinə daxil olduqları zaman bilik və bacarıqları yenə də mənimsəyə bilirlər.
Lakin gündüz vaxtının daha işıqlı olması, xüsusilə də birbaşa təhlükəsizlik baxımından baxdıqda, dərslərin saat 9-da başlamasının zəruri olduğunu demək olar”.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri