Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktyor Kərəm Hadızadənin 60 illik yubileyi keçirilib. FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktyoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.
Gecədə Teatr Xadimlər İttifaqının sədr müavini İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, yazıçı Azad Qaradərəli çıxış edərək yubiliyarın teatr xidmətlərindən, fəaliyyətindən ətraflı söz açıblar.
Daha sonra Kərəm Hadızadəyə Teatr Xadimlər İttifaqının fəxri diplomu təqdim olunub, aktyorun yubileyinə həsr olunan, Müşfiq Əliyevin quruluşunda hazırlanan "35 ildən sonra" tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Sentyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















