Icma.az
close
up
RU
“Azərbaycan dövləti istənilən situasiyalarda İrana birbaşa müdaxilə edə bilməsə də...”

“Azərbaycan dövləti istənilən situasiyalarda İrana birbaşa müdaxilə edə bilməsə də...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yaranmış fürsətdən bəhrələnərək Güneydəki soydaşlarımız daha çox fəallıq göstərməklə ən azından muxtariyyət hüququnu əldə etməyə nail ola bilər...”

“İran onsuz da çöküşünü yaşamaqdadır və hazırda bu ölkə istər İsrailə, istərsə də Birləşmiş Ştatların regional maraqlarına əvvəlki kimi təhdid törətmir...”

“İsrail və ABŞ-ın bundan sonra da İran daxilindəki etirazlarla bağlı rejimin tətbiq etdiyi kütləvi cəza və repressiyalara görə bu ölkəyə hücum edəcəyini düşünmürəm. Doğrudur, prezident Donlad Tramp rejimin etirazçıları edam edəcəyi halda sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin rejim buna məhəl qoymadan öz işini görməkdədir. ABŞ və İsrailin İrandan daha vacib saydığı məsələlər var. Tramp üçün Qrenlandiya və Sülh Şurası vacib əhəmiyyət kəsb edir. İsrailin də diqqətində məhz Qəzza ətrafında və Suriyada yaranmış vəziyyətdir.  O da var ki, Trampın Qəzza planları Təl-Əvivi o qədər də qane etmir və egionda daha çox dövlətin iştirakı İsrail üçün arzuolunmazdır. Xüsusən də Türkiyənin, İndoneziyanın, Pakistanın Qəzza ilə bağlı Sülh Şurasının tərkibindəki varlığı Netanyahunu ciddi şəkildə narahat edir”. 

Bu fikirləri Moderator.az- açıqlamasında “Sizcə, İranda bundan sonra nələr baş verəcək? ABŞ və İsrail bu ölkəyə yenidən hücum edəcəkmi və bu halda oradakı soydaşlarımızın taleyi necə olacaq? Azərbaycan dövləti bununla bağlı hansı önləyici tədbirləri görə bilər?” suallarını cavablandırarkən siyasi şərhçi Əli Orucov ifadə edib.

“İran onsuz da çöküşünü yaşamaqdadır və hazırda bu ölkə istər İsrailə, istərsə də Birləşmiş Ştatların regional maraqlarına əvvəlki kimi təhdid törətmir. Həm də İrana hücum region və Qərb ölkələri üçün də ağır nəticələrə gətirib çıxara bilər. Türkiyə, Çin, Rusiya, Ərəb körfəzi ölkələri də bu hücuma qarşıdır. Vaşinqton isə reallıqları gözardı edə bilməz. Əlbəttə, əgər nəzəri cəhətdən hərbi müdaxilə baş verərsə, İranda yaşayan soydaşlarımız da zərər görəcək.  Bu, Azərbaycan üçün humanitar və təhlükəsizliklə bağlı problemlərə yol aça bilər”, -deyə davamında həmsöhbətimiz bildirib. 

“Təəssüflər olsun ki, Yaxın Şərqdə son illərdə baş verən proseslərə nəzərə salsaq, aydın olar ki, yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə, bölgə qeyri-sabit və həssas, münaqişəli hala salınıb. İranda da eyni hal yaşana bilər. Xüsusən də kürd separatizmi  müəyyən güclər tərəfindən bir qədər də cürətləndirilir. Mən hesab etmirəm ki, böyük güclər Bütöv Azərbaycanın yaranmasına isti yanaşsınlar və İranın parçalanması proqramlarında olsun. Ona görə də indiki şərtlər daxilində rəsmi Bakının da İranda gərginliyin və daxili münaqişənin baş qaldırmasında  maraqlı olmasını düşünmürəm. Ancaq yaranmış fürsətdən bəhrələnərək Güneydəki soydaşlarımız daha çox fəallıq göstərməklə ən azından muxtariyyət hüququnu əldə etməyə nail ola bilər. Bu, növbəti mərhələlərdə tam müstəqillik qazanmaq üçün əlverişli imkanlar açardı. Şimaldakı Azərbaycan dövləti isə istənilən situasiyalarda İrana birbaşa müdaxilə edə bilməsə də, beynəlxalq platformalarda güneyli soydaşlarımızın məsələsini aktuallaşdıra və müzakirələrə çıxara bilər”,- deyə Əli Orucov diqqətə çatdırıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri