Icma.az
close
up
RU
Azərbaycan dövləti yalnız sağlam inteqrasiya, əməkdaşlıq tərəfdarıdır

Azərbaycan dövləti yalnız sağlam inteqrasiya, əməkdaşlıq tərəfdarıdır

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"İnformasiya sahəsində mücadilə səngimir, bu gərginlik var, həmişə də olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, çünki burada qrupların, ölkələrin, siyasi dairələrin həmişə mövqeyi toqquşaraq ictimai rəyin formalaşmasına təsirlər göstərir: "Bu baxımdan Azərbaycanın da deməyə həmişə sözü olub. Çünki Azərbaycan həmişə tarixin işıqlı tərəfindədir. Biz heç kəsə hücum etməmişik, heç kəsin torpağına göz dikməmişik. Əksinə, həmişə bizim torpaqlarımızı qonşularımız hədəfə tutublar. Çalışırlar ki, dünyaya təlqin etsinlər ki, guya azərbaycanlılar gəlmədilər, guya, özləri qədim xalqdırlar. Halbuki, 200 il əvvəl böyük imperiyalar ermənilərin bizim bölgəyə köçürülməsinə izin verdilər. Bununla da problemləri Qafqaz diyarına gətirdilər. Nahaq yerə Rusiyanın böyük mütəfəkkir və yazıçısı Tolstoy bildirmirdi ki, ermənilərin Qafqaza köçürülməsi ilə bağlı çar hökuməti Qafqaz xalqlarını arxadan zərbə ilə vurdu. Bu, həqiqətən də, belə oldu. Amma bunun ən böyük ağrısını da Azərbaycan çəkir. Çünki onlar məhz bizim torpaqlara iddia edirlər. Əsassız öz istəklərini də çalışırlar ki, yalanları ilə doldursunlar".

"Kiselyova verilən müsahibədə bəzi həqiqətlər yenidən səsləndi, ancaq bir çox məqamlar da yeni kontent kimi meydana gəldi. Çünki Prezident İlham Əliyevin ötürdüyü mesajlar həmişə aktual olur, reallığı əks etdirir. Nəhayət, göstərir ki, kim beynəlxalq hüququn gücündən istifadə edir, kim isə gücün imkanlarına bel bağlayır. Burada Azərbaycan hüquqdan çox məharətlə istifadə edir. Beynəlxalq hüququn normalarını aydın təsbit edir, göstərir ki, insanlar, cəmiyyətlər, dövlətlər özlərini necə aparmalıdırlar. Prezident bildirdi ki, Ermənistan ciddi silahlanır. Bu, tək onun niyyəti deyil, onun arxasında duran qüvvələrin də istəyindən irəli gələn məqamdır. Ona görə də, buna ciddi yanaşmaq lazımdır. Digər tərəfdən Prezident 300 mindən artıq azərbaycanlının Qərbi Zəngəzura köçürülməsi barədə danışdı. Çünki bu, çox vacib məsələdir. Ermənilər 30-35 il bundan əvvəl azərbaycanlıları oradan deportasiya etdilər, demək olar ki, Ermənistan özü normal vəziyyətə çıxa bilməyib. Onların vəziyyəti çox gərgindir. İqtisadi sistem axsaqdır. Azərbaycanlılar orada çox vacib kəsim təşkil edirdilər. Onlar xüsusən aqrar sektorda fəaliyyət göstərirdilər. Ermənistanın o dövrdəki respublikasının imkanlarını artırırdılar. Buna baxmayaraq onlar nankorluq edərək azərbaycanlıların xeyirxahlığından sui-istifadə edərək onları pis vəziyyətə saldılar, ölkədən çıxardılar. Niyyətləri ondan ibarət idi ki, Ermənistanı respublika etsinlər. Bunu etdilər, özləri çox bədbəxt vəziyyətə düşdülər. Görürük ki, bu dövlət öz subyektivliyini hiss edə bilmir, nəticədə onun-bunun əlinə baxır. Digər dövlətlər - Fransa, Kanada, Amerika, Hindistan, Yunanıstan Ermənistandan türk toplumlarına qarşı müharibə ruhu üçün istifadə etməyə çalışırlar. Prezident bir daha yada saldı ki, Ermənistanın silahlanması heç bir şeyi dəyişməyəcək. Çünki burada güclü Azərbaycan var. Azərbaycan həm də öz sadiq tərəfdaşları ilə, o cümlədən də Rusiya Federasiyası ilə elə münasibətlər qura bilib ki, onlar bölgənin stabillik təminatını yarada bilirlər. Dayanıqlı sabitlik, ümidli stabillik və rifah Azərbaycan dövlətinin istəyindən irəli gələn normalardır. Odur ki, elə başa düşürəm ki, müsahibə vaxtında səslənib. Həm Rusiyanın daxilində olan ermənipərəst qüvvələrə bu, işarədir ki, onlar da hədlərini aşmasınlar, təhlükələr yaradan Ermənistana rəvac verməsinlər. Kifayət qədər dünya birliyi tərəfindən Azərbaycan liderinin, onun məmləkətinin mövqeyi son dərəcə vacib amildir. Çünki Azərbaycan bölgədə, Avrasiya məkanında sabitləşdirici rol oynayır. Əgər Ermənistan bizim funksiyalarımızı pozmaq niyyətindədirsə, heç bir şeyə nail ola bilməyəcək. Odur ki, Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bütün məqamları, Azərbaycan dövlətinin aydın baxışlarını bir daha yada saldı. Bildirdi ki, Azərbaycan dövləti yalnız sağlam inteqrasiya, əməkdaşlıq tərəfdarıdır. Bu potensialı da artırmaq niyyətindədir. Eləcə də biz bütün qonşu dövlətlərlə, Rusiya Federasiyası ilə müsbət münasibətlərimizi davam etdirmək niyyətindəyik. Bu, bizim seçimimizdir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri