Icma.az
close
up
RU
“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”

“Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər...”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yazıma "heç kim toxunulmaz və qanundan üstün deyil" sözləriylə başlamaq istəyirəm. Zəfər savaşından sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq aləmdə mövqelərini qətiyyətlə möhkəmləndirdi. Bu tarixi dönüş ölkənin daxili idarəçiliyində də prinsipial addımların qaçılmaz olduğunu göstərdi. Uzun illər xarici təsirlərin kölgəsində formalaşmış və dövlətçilik prosesinə mane olmuş gizli qruplaşmaların ifşası isə Azərbaycan dövlətinin siyasi iradəsinin və hüququn aliliyinə sadiqliyinin parlaq təzahürüdür”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib. 

O, bildirib ki, dövlət quruluşuna qarşı yönəlmiş fəaliyyətlərdən tutmuş korrupsiya və sui-istifadə hallarınadək müxtəlif pozuntularla bağlı istintaq materiallarında adı təkzibolunmaz faktlarla hallanan Ramiz Mehdiyevin bu prosesin mərkəzində dayanması heç bir şübhə doğurmur”. 

“Onun ətrafında illərlə formalaşmış şəbəkənin ifşası ölkənin daxili siyasi həyatında gizlədilən pozuntuları gün üzünə çıxardı. Bu şəbəkənin təkcə dövlət qurumlarına deyil, həm də müxtəlif siyasi və ideoloji qruplara nüfuz etdiyi məlum oldu. Özünü “müxalifətçi”, “islahatçı” və ya “Avropa yönümlü” kimi təqdim edən Əli Kərimli və onun yaxın çevrəsinin istintaqa cəlb olunması bir daha sübut etdi ki, törədilən hər bir qanunsuz əməl hüquqi qiymətini alacaq və kimsə siyasi etiketlər arxasında məsuliyyətdən yayınmayacaq”. 

R.Mahmudov deyib ki, Əli Kərimli və qrupunun uzun illərdir cəmiyyətə təqdim etdiyi “Qərb dəyərləri”, “demokratiya”, “Avropa inteqrasiyası” kimi şüarlar əslində yalnız görüntü xarakteri daşıdığı, arxa planda isə fərqli siyasi xətt izlədikləri də faklarla üzə çıxmaqdadır: 

“Bu şəxslərin müxtəlif dövrlərdə, o cümlədən Ukrayna–Rusiya münaqişəsindən sonra regionda yaranmış gərgin beynəlxalq situasiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsi, bu fonda R.Mehdiyev və ətrafı ilə koordinasiya edilmiş yeni planlar üzərində işləməsi onların mahiyyətini bir daha ortaya qoyur. Özünü Qərb tərəfdarı kimi qələmə verən, amma arxa planda Rusiya ilə müxtəlif istiqamətli sövdələşmələrdə iştirak edən bu dairələrin yeganə məqsədi şəxsi siyasi ambisiyalarını təmin etmək və ölkədə sabitliyi pozmaqdır. Onlar düşünürlər ki, cəmiyyətin gözündə yaratdıqları bu ikili obraz onları toxunulmaz edəcək, fəaliyyətləri isə inandırıcı görünəcək. Lakin bu cəhdlərin heç biri hüquqi reallıqla uzlaşmır. Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər açıq şəkildə göstərir ki, həmin qruplar nə xalqın, nə dövlətin, nə də milli mənafeyin qarşısında məsuliyyət hiss edirlər”. 

Onun sözlərinə görə, sSiyasi partiya çətiri altında gizlənərək qanundan üstün olduqlarını zənn edənlər bilməlidirlər ki, bu ölkədə heç kim toxunulmaz deyil:

“Dövlətin hüquq-mühafizə orqanları qanunun aliliyini təmin edir və kimliyindən asılı olmayaraq hər bir qanunsuz hərəkəti ifşa edərək dərhal qarşısını alır. Bu proses Azərbaycan dövlətinin yeni mərhələdə prinsipial mövqeyini göstərir — dövlətçilik əleyhinə yönəlmiş hər bir addım hüquqi çərçivədə və qətiyyətlə neutralizə olunacaq. Xarici dairələrin təsiri altına düşənlər anlamalıdırlar ki, artıq 1993-cü ilin siyasi xaos şəraiti yoxdur. Azərbaycan bu gün güclü, öz siyasi iradəsi olan və təhlükəsizlik sistemini tam modernləşdirmiş dövlətdir. Xaos yaratmaq, ictimai sabitliyi pozmaq, xarici mərkəzlərin sifarişləri ilə dövlətə təzyiq göstərmək cəhdləri nəticə verməyəcək. Aparılan istintaq-əməliyyat tədbirləri də məhz bu zərurətdən irəli gəlir və ölkəmizin milli təhlükəsizliyinin qorunması məqsədi daşıyır”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri