Icma.az
close
up
RU
Sabiq xarici işlər naziri Azərbaycan dövlətinin milli maraqlarına zidd çıxış etməkdən çəkinməlidir

Sabiq xarici işlər naziri Azərbaycan dövlətinin milli maraqlarına zidd çıxış etməkdən çəkinməlidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Düşünürəm ki, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, təxribatlar törətməsi Azərbaycanı sülhə məcburetmə, təzyiq məqsədi daşıyır. Ermənistan rəhbərliyi bu yolu seçib”. Bu fikirləri Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Öncə vurğulayaq ki, keçmiş xarici işlər nazirinin, dövlət adamının kiçik Ermənistanı təzyiq edici qüvvə kimi göstərməsi heç bir məntiqə sığmır. Proseslərə nəzərə salsaq görərik ki, 30 il üçüncü qüvvələrin təsiri ilə sözdə Ermənistanın, əslində isə üçüncü qüvvələrin işğalı altında olan torpaqlarımızı cəmi 44 günlük müharibə müddətində geri aldıq. Əslində torpaqlarımızın 30 il müddətində işğal altında qalmasında əsas səbəb Ermənistan deyildi. Bizim qarşımızdakı düşmən təkcə Ermənistan olmuş olsaydı, biz indi Qərbi Azərbaycanda idik. Bunu sabiq nazir özü də çox yaxşı bilir. Azərbaycan Ermənistanın “təzyiq” və ”təxribat” əməlləri ilə sülh sazişinə məcbur ediləcək ölkə mövqeyində deyil, ola da bilməz. Bu kimi fikirlər cəmiyyətdə birmənalı qarşılanmamaqla yanaşı, Ermənistanı gözümüzdə böyütmə görüntüsü də yaradır. Bunu görməmək və yaxud Ermənistanı təzyiq edəcək gücə malik kimi göstərmək heç bir məntiqlə ayaqlaşmır”.

“Böyük Azərbaycan” partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın təxribat törətməsi sadəcə məsələni gündəmdə saxlamaqdan ibarətdir. Deputat vurğulayıb ki, Ermənistan müşahidə missiyası adı altında agentura şəbəkəsini Azərbaycana gətirib, həmin ölkələri arxasına almaq istəyir.

Elşad Musayev

“Azərbaycana qarşı istənilən an təxribat törədilə bilər. Ermənistan tərəfi təxribat törədirsə, təbii ki, Azərbaycan tərəfi cavab verir. Amma Ermənistan tərəfinin təxribatı qalır arxa planda və Azərbaycanın cavab verməsi gündəmə gətirilir ki, "Azərbaycan atəş açdı, filan tarixdə bunu qeydə aldılar" və s. "Ermənistanın Azərbaycanı sülhə məcburetmə siyasəti" doğru ifadə deyil. Əslində biz Ermənistanı sülhə məcburetmə siyasətini aparırıq. Çünkü sülhdən çəkinən, yayınan, qaçan, uzaqlaşan, gizlənən Ermənistandır. Zamanı düzgün seçməliyik. Danışıqlar aparılmalıdır, ondan sonra qəti qərar verilməlidir. Yəni bu kimi mövqe qəbul olunan mövqe deyil. Azərbaycan cəmiyyətində uzun müddətdir ki, siyasi çevrələr və bir az çəkingən, ehtiyatlı mövqe sərgiləyirlər. Yadınıza gəlir, Xankəndidən ermənilərin inteqrasiya məsələsini məndən başqa hamı gündəmə gətirdi ki, ermənilərlə inteqrasiya olmalıyıq. Eləsi var deyirdi ki, dərsləri belə keçməliyik, nə bilim, o birisi qardaşlıq və s. Mən deyirdim, ermənilər çıxıb getməlidir buradan. İndi burada da Azərbaycanın sülhə məcbur edilməsi və s. Bu cür ifadənin işlədilməsi yanlışdır. Nədir Azərbaycanı sülhə məcburetmə? Biz Ermənistanı məcburetmə siyasətini aparırıq, aparmalıyıq. Bunun üçün də təzyiq etməliyik”-deyə Elşad Musayev qeyd edib.

Deputat bildirib ki, "Ermənistanın Azərbaycanı sülhə məcbur etmək, təzyiq məqsədi" və s. bu kimi fikirlər yanlış fikirlərdir.

“Ermənistan Azərbaycan sülhə məcbur edə bilməz. Təzyiq də edə bilməz. Bu ifadələri işlətmək də qəbulolunmazdır, yanlışdır, uyğunsuzdur. Kim olursa olsun, Azərbaycana qarşı bu cür ifadəni işlətməməlidir”-deyə deputat əlavə edib.

P.S. Bəs reallıq nədir? Reallıq odur ki, Qazaxın 3 kəndi və Kərki hələ də işğal altındadır. Reallıq odur ki, Zəngəzur dəhlizi məsələsi hələ uyğun həllini tapmayıb. Reallıq odur ki, Ermənistan Azərbaycandan torpaq iddiaları ilə bağlı konstitusiyasında dəyişikliklər etmir. Və reallıq odur ki, bu gün də üçüncü qüvvələr Ermənistana sülh sazişini imzalamağa imkan vermir. Ermənistanı silahlandırır və yenidən hərbi istiqamətdə gücləndirməyə çalışır.

Bir başqa reallıq da odur ki, Azərbaycan daha 30 il əvvəlin Azərbaycanı deyil, bu gün Azərbaycanın üçüncü qüvvələrin qarşısına çıxmağa da gücü var. Bütün bunları danaraq, həqiqətən də ovuc içi boyda, qucaqdan qucağa atılan, konkret bir siyasət yürüdə bilməyən, kimin qucağında olduğu naməlum bir ölkənin Azərbaycana təzyiq etməsini səsləndirmək məntiqdən kənar, düşünülməmiş bir fikirdir...

Sülh müqaviləsinin bağlanmasına gəldikdə, Azərbaycan tərəfi istəsə 2023-cü ildə 23 saatlıq lokal antiterror əməliyyatı keçirib qələbə qazandığı kimi, yenə də bu formatda bir əməliyyat keçirərək sülhə nail ola bilər. Və əgər Ermənistan və onun arxasında olan güclər tez bir zamanda sülh müqaviləsinin bütün şərtlərinin yerinə yetirilib bağlanması istiqamətində səy göstərməsələr, yəqin ki, çıxış yolu elə hərb yolu olacaq. Bu, danılmaz reallıqdır... Sabiq nazirin fikirləri də, sözün əsl mənasında düşündürücüdür. Hər mənada!

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri