Icma.az
close
up
RU
Dövlət maraqlarına qarşı yönəlmiş bütün cəhdlər qanunun sərt tələbləri əsasında qiymətləndiriləcəkdir

Dövlət maraqlarına qarşı yönəlmiş bütün cəhdlər qanunun sərt tələbləri əsasında qiymətləndiriləcəkdir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan dövlətçiliyinə qarşı atılmış hər hansı addım, onun miqyasından və motivindən asılı olmayaraq, ən ciddi siyasi və hüquqi qiymətləndirməni tələb edir. Son günlər istintaq materialları üzə çıxardığı faktlarla göstərir ki, ayrı-ayrı qruplar şəxsi ambisiyalarını milli maraqların fövqünə qaldıraraq ölkədə süni xaos yaratmağa çalışıblar. Məlumatlar təsdiq edir ki, Ramiz Mehdiyevin ətrafında formalaşmış strukturların “dövlət şurası” modeli altında konstitusion idarəetmə institutlarını səmərəsiz göstərmək və alternativ legitimlik görüntüsü yaratmaq niyyəti, mahiyyət etibarilə dövlət çevrilişinə yönəlmiş planın tərkib hissəsi olub. Bu ideyanın illər öncə radikal müxalifət tərəfindən irəli sürülmüş “Milli Şura” konstruksiyası ilə paralelliyi təsadüfi hesab edilə bilməz".

Bunu 525.az-a  millət vəkili Fatma Yıldırım deyib.  O  bildirib ki, mövcud faktlar eyni zamanda istisna etmir ki, Ramiz Mehdiyev və radikal müxalifət lideri Əli Kərimli arasında müəyyən gizli görüşlər keçirilib və Azərbaycanda dövlət çevrilişinə yönələn ssenarilər üzərində koordinasiyalı şəkildə işlənib. Bu ehtimallar hüquq-mühafizə orqanlarının araşdırma predmeti olmaqla yanaşı, siyasi baxımdan da narahatlıq doğurur. Əli Kərimlinin xarici dairələrlə, xüsusilə də Rusiya ilə əlaqələri ətrafında uzun müddətdir mövcud olan suallar da bu kontekstdə yenidən aktuallaşır. Xatırlatmaq yerinə düşər ki, adı “Milli Şura” olan, lakin mahiyyətcə antimilli pozisiya sərgiləyən qurumun vaxtilə Rusiya hökumət dairələrinə ünvanladığı məktub həmin dönəmdə də geniş ictimai narazılığa səbəb olmuşdu. Bu fakt bir daha göstərir ki, bəzi siyasi dairələr üçün Azərbaycanın milli maraqları deyil, xarici mərkəzlərin ssenariləri prioritet təşkil edib:

"Azərbaycan dövləti təhdidlər qarşısında həmişə qətiyyətli olub və olacaq. Konstitusion nizamı pozmağa yönələn istənilən təşəbbüs, onun siyasi rəngindən və iştirakçılarından asılı olmayaraq, hüquqi məsuliyyət doğurur.  Bu gün ölkəmiz post-münaqişə dövrünün taleyüklü çağırışları ilə üz-üzədir, regionda yeni siyasi arxitektura formalaşır. Belə bir məqamda daxili sabitliyi pozmağa yönəlmiş paralel planların mövcudluğu, əslində, Azərbaycanın inkişafına və müstəqil siyasətinə qarşı xarici dairələrin maraqları ilə üst-üstə düşür. Bizim mövqeyimiz dəyişməzdir. Azərbaycan dövləti güclüdür. Cəmiyyətin iradəsi sabitdir. Heç bir gizli plan, heç bir koordinasiya olunmuş təxribat ölkəmizin dövlətçilik dayaqlarını sarsıda bilməz. İstintaqın obyektiv nəticələri hüquqi çərçivədə təqdim ediləcək, dövlət maraqlarına qarşı yönəlmiş bütün cəhdlər isə qanunun sərt tələbləri əsasında qiymətləndiriləcəkdir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri