Icma.az
close
up
RU
Azərbaycan dövlətinin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması milli dövlətçilik maraqlarına uyğundur ŞƏRH

Azərbaycan dövlətinin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması milli dövlətçilik maraqlarına uyğundur ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə Prezidenti İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətimizin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi.

“Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirmişdi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırıb. Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür. Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilib. Təbii resurslar bir gün tükənə bilər, lakin elmi potensial, intellektual güc və insan kapitalı Azərbaycanın əbədi və tükənməz sərvətidir. Bu baxımdan, dövlətin elmə, gənclərin təhsilinə, innovasiyaya və texnologiyaya yatırdığı sərmayə, əslində, Azərbaycanın gələcəyinə, milli təhlükəsizliyinə qoyulan sərmayədir. Elm, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində dövlətimizin atdığı addımlar göstərir ki, Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır.

Fatma Yıldırım deyib ki, Azərbaycan son 10 ildə inkişaf və zəfərlərlə dolu bir dövr yaşayıb: “Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyin tam təmin olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, həyata keçirilən enerji, sənaye və geoloji layihələr Azərbaycanın gələcək inkişafında mühüm yer tutur. Ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir. Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır”.

Ana dilinin saflığının qorunmasını milli kimliyimizin əsas sütunu adlandıran deputat bu məsələnin strateji əhəmiyyət daşıdığını sözlərinə əlavə edib.

“Bu gün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər üzərində qurulub. Bu güc bizə həm təhlükəsizliyimizi qorumağa, həm də azad edilmiş torpaqlarda böyükmiqyaslı bərpa və quruculuq işlərini sürətlə aparmağa imkan verir. Bu gün Azərbaycanın enerji siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpaolunan enerji layihələri, su, külək və Günəş stansiyalarının yaradılması ölkəmizi yaşıl enerji ixracatçısına çevirəcək. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji tədqiqatlar yeni iqtisadi imkanların əsasını qoyur. Bu istiqamətdə Azərbaycan alimlərinin iştirakı dövlətin onlara verdiyi yüksək etimadın təzahürüdür. Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik. Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xətdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri