Icma.az
close
up
RU
Azərbaycan dünya birliyinə bu cür inteqrasiya edir Deputat mühüm nüansları AÇIQLADI KONKRET

Azərbaycan dünya birliyinə bu cür inteqrasiya edir Deputat mühüm nüansları AÇIQLADI KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu regionda iqtisadi inkişafa və siyasi sabitliyə nail olmaq üçün dünya birliyinə inteqrasiya etmək ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkəmizin etibarlı və dayanıqlı tərəfdaş olduğundan xəbər verir. Dövlətimizin beynəlxalq münasibətlər sistemində yerini möhkəmlətməsində əsas ağırlıq enerji siyasətinin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, enerji siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Sözsüz ki, qlobal güclərin diqqətindən yayınmayan Azərbaycan milli maraqlarına xidmət edən siyasəti nəticəsində beynəlxalq arenada nüfuzlu gücə çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası dövlətimizin müstəqil siyasəti və milli maraqları üzərində qurulub:

“Ölkəmizin dünya birliyinə inteqrasiyasının vektorları qarşılıqlı hörmət və fayda əsasında müəyyənləşdirililib. Dövlət başçımızın müəyyənləşdirdiyi beynəlxalq siyasət kursumuz ədalət üzərində və beynəlxalq hüququn aliliyi əsasında ölkələrlə münasibətlər qurmaq və beynəlxalq təşkilatlarda fəaliyyətin genişləndirilməsinə istiqamətlənib. Bizim beynəlxalq təşkilatlarda məsuliyyətli üzv kimi fəaliyyətimiz etimadımızı və nüfuzumuzu artırır. Azərbaycanın 4 il ərzində 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatına sədrliyi və BMT-nin iqlim dəyişikliklərinə qarşı konfransı, COP29-a ev sahibliyi etməyimizə göstərilən etimad, dünya birliyində Azərbaycanın təsdiq olunmuş yerini göstərir. Bu beynəlxalq tədbirlərə ev sahibliyimizə səs verən ölkələrin bəzilərinin arasında münaqişələr yaşamasına baxmayaraq, Azərbaycanla bağlı məsələ gündəmə gələndə hamının eyni mövqedən çıxış etməsi böyük uğurumuzdur.

Azərbaycan dünyanın ən güclü iqtisadi və hərbi güc mərkəzləri olan ölkələrlə əməkdaşlığını uğurla genişləndirir. Belə ki, dünyanın ikinci ən güclü iqtisadiyyatı olan Çin Xalq Respublikası ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkəmiz, viza rejiminin qarşılıqlı ləğv edilməsinə nail olmaqla hərtərəfli inteqrasiya üçün yeni imkanlar açıb. Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq Xartiyanın hazırlanması üçün hökumətlərarası sənədin imzalanması, habelə Azadlığa Dəstək Aktının 907-ci maddəsinə edilən əlavənin ləğvi Bayden-Blinken Administrasiyası dövründə ölkələrimiz arasında yaşanmış gərginlik mərhələsini geridə qoyaraq yeni səhifə açıb. Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyində iştirakımız və hərtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminə uğurla inteqrasiyasının göstəricisi hesab edilir”.

Deputat qeyd edib ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış mövqeyi həmişə qoruyub saxlayır:

“İlk növbədə hərbi bloklara qoşulmamağımız və neytral müstəqil siyasətin davam etdirilməsi uğurumuzdur. Bizim ölkələrlə ikitərəfli əməkdaşlığımız digər dövlətlərə qarşı yönəlməmişdir. Amma təəssüf ki, bəzi hallarda qonşularımız tərəfindən münasibətimiz düzgün dəyərləndirilmir və ölkələrimiz arasında münasibətlərdə gərginliyin yaranmasına xidmət edən addımlar atılır. Ölkəmiz beynəlxalq siyasətdə ilk növbədə qonşularla sülh və əməkdaşlıq münasibətlərinə üstünlük verir. Məhz ona görə də 35 il davam edən Azərbaycan-Ermənistan münaqişəsinə son qoyuldu. Bu gün uzun illərdən sonra Cənubi Qafqaza sülh gəlməsi ehtimalı reallığa çevrilmişdir. Təbii ki, bu uğurun müəllifi Azərbaycandır. Qlobal siyasi proseslərdə Azərbaycanın iştirakını gücləndirən əsas amil ölkəmizin lideri Prezident İlham Əliyevdir. Çünki, lidersizlikdən əziyyət çəkən ölkələrin yaşadıqları faciələr gözümüz önündədir. O cümlədən, 90-cı illərin əvvəlində Azərbaycanda liderin olmaması üzündən torpaqlarımız işğal altına düşdü və vətəndaşlarımız öz doğma yurdunda məcburi köçkünə çevrildilər. Həmçinin lidersizlik və beynəlxalq siyasət kursunun olmaması informasiya blokadasına düşməyimizə gətirib çıxardı və düşmənlərimizə fürsət verdi. Belə ki, bu fəaliyyətsizlik nəticəsində torpaqlarımız işğal olunmasına baxmayaraq, ölkəmiz sanki işğalçı kimi qələmə verilərək ABŞ Konqresində Azadlığa Dəstək Aktının 907-ci maddəsinə düzəliş edilərək ölkəmizə qarşı sanksiya tətbiq olunub. Azərbaycan keçmiş sovet məkanında bu sanksiya ilə qarşılaşaraq dəstəkdən məhrum olan yeganə ölkə oldu. Biz bu əziyyəti 35 il yaşamalı olduq və nəhayət Prezident İlham Əliyevin liderliyi ilə tarixə qovuşduruldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında nail olduğumuz iqtisadi və siyasi müstəqilliyimiz beynəlxalq münasibətlər sistemində Azərbaycanın öz sözünün sahibi kimi tanınan etibarlı tərəfdaşa çevrilməsinin əsas amillərindən biridir”.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Avqust 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri