Icma.az
close
up
RU
Azərbaycan dünyanın ən inkişaf edən 8 liyinə daxil edilir TƏHLİL

Azərbaycan dünyanın ən inkişaf edən 8 liyinə daxil edilir TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın qazandığı sosial-iqtisadi inkişaf, hərbi, siyasi nailiyyətlər, demokratik dövlət quruculuğu ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksək formada artırıb. Xüsusilə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam etdirən Vətən Müharibəsində Azərbaycanın 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi dövlətimizin dünya miqyasında hörmətinin, nüfuzunun daha da artmasına təkan olub. Artıq dünyanın əksər ölkələri Azərbaycanla iki və çoxtərəfli əməkdaşlıq əlaqələri qurmağa, müxtəlif strateji sahələr üzrə müqavilələr imzalamağa çalışırlar. Planlar və istəklər də reallaşır. Nəticə etibarı ilə Azərbaycanla yeni əhəmiyyətli dövlətlərarası müqavilələr imzalanır. İmzalanan sənədlər xalqların sosial, iqtisadi maraqlarının təmin olunmasına yeni dividentlər gətirir. Azərbaycanın isə uğurları daha da artır. Ölkəmiz bu baxımdan dünyanın inkişaf edən 8 dövlətdən birinə çevrilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı bildirmişdir ki, gələcəyə baxmalıyıq: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Prezident İlham Əliyevin qeyd etdiyi məsələlər tam şəkildə reallaşmaqdadır. İqtisadi, sosial, hərbi və diplomatik sahələrdə möhtəşəm uğurlara imza atılır. Təbii ki, uğurlar bundan sonra daha geniş xarakter daşıyıcaq. Çünki işğaldan azad edilən ərazilərdə müasir dövrün prinsiplərinə və qaydalarına uyğun yeni infrastruktur qurulur, zavodlar, fabriklər yaradılır. Zəngəzur dəhlizinin açılması isə bu inkişafın geniş coğrafi ərazini əhatə etməsinə imkanlara yaradacaq.

Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumun da Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılacağını və bununla da bölgənin inkişafında yeni dövr başlayacağını bildirdi: “Zəngəzur dəhlizi Cənubi Qafqazda regional sabitliyin, qarşılıqlı inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin açar elementlərindən biridir. Əgər bu layihə həyata keçərsə, region üçün həm iqtisadi, həm siyasi baxımdan dönüş nöqtəsi ola bilər. Lakin Ermənistanın bu prosesi davamlı şəkildə ləngitməsi onun üçün ciddi nəticələrə gətirib çıxara bilər. Təəssüflər olsun ki, Ermənistan tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə bağlı heç bir praktiki addım atmayıb. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır. Yəni, regional ticarət yollarından, yük daşımalarından, enerji və nəqliyyat şəbəkələrindən kənarda qalacaq”.

Azərbaycan yeni dünya düzənin aparıcı dövlətinə çevrilib

Azərbaycan dünyanın aparıcı, müstəqil dövləti olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla o cümlədən də Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatların üzvüdür. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biri, fəal üzvüdür. 2019-cu ildən 2023- cü ilə qədər Azərbaycan Qoşulmama hərəkatına sədrlik edib. 25-26 oktyabr 2019-cu il tarixində isə Bakı şəhərində Qoşulmamam Hərəkatının 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı hərtərəfli inkişafa nail olmuşdur. Ümumiyyətlə, fakt ondan ibarətdir ki, Azərbaycanın iştirak etdiyi istənilən beynəlxalq təşkilatda istənilən məsələnin müzakirəsində və qərarların qəbulunda müsbət nəticələr əldə olunur. Təbii ki, beynəlxalq tədbirlər də ilk olaraq Azərbaycanın milli və dövlətçilik marqlarının təmin olunması istiqamətində mühüm addımlar atılır və qarşıda duran məsələlər yüksək səviyyə də təmin olunur. Münhen Təhlükəsizlik Konfransında iştirak edərkən də Prezident İlham Əliyev bir daha Azərbaycanın maraqlarının təmin olunması istiqamətində prinsipial addımlar atdı, açıqlamalar verdi, görüşlər keçirdi. Nəzərə almaq lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı dünyada qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri və təklifləri dinlənilir, yekun sənədlər qəbul edilir: “Konfrans bütövlükdə “təhlükəsiz dünya” ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir.

2 gün ərzində 24 görüş

Münhen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər bu gün Azərbaycan və dünya mətbuatında geniş müzakirə edilir. Azərbaycan Prezidentinə görüş üçün dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri Azərbaycanın dünyadan getdikcə artan rolu və Prezidentin şəxsi nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Keçirilən görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlərin aktuallığı bir daha Azərbaycanın, onun Prezidenti İlham Əliyevin yüksək hörmətə və nüfuza malik olduğunu təsdiqlədi. Bəzi kənar dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması müstəvisinə yüksəldilməsində vasitəçilik etmək istəkləri bu dəfə də iflasa uğradı. Əslində, belə halın yaşanacağı əvvəlcədən gözlənilirdi. Çünki Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında heç bir vasitəçiyə ehtiyac olmadığını və danışıqların iki ölkə arasında keçirilməli olduğunun vacibliyini qeyd etmişdi. Bəyan etmişdi ki, burada beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atmasına qətiyyən ehtiyac yoxdur. Elə məhz Münhen görüşündə də Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilməməklə, iki ölkə arasında keçirilən görüşlərdə vasitəçi formatına qayıdışa qətiyyən imkan da vermədi və buna şərait belə yaranmadı. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında keçirilən görüşdə Azərbaycanın maraqlarına uyğun razılaşmaların əldə olunduğu bildirilir. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Ermənistan konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir

Dövlət rəhbərləri arasına keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidləri artırır. Təbii ki, Ermənistan üzərinə götürməli olduğu bir sıra öhdəliklər və prinsipial əhəmiyyət daşıyan məsələləri həll etsə. Başlıcası Ermənistan konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında qeyd olunub. Nazir Ceyhun Bayramov bildirdi ki, Ermənistan Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Ceyhun Bayramovun sözlərinə görə, referendumun keçirilməsi, həmçinin artıq əhəmiyyətini itirmiş və faktiki mövcud olmayan Minsk prosesi təsisatlarının, o cümlədən Minsk qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir.

Bütün bu kimi addımlar, həyata keçirilən siyasət onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcək. Bununla da bölgədə son iki yüz ildə müşahidə olunmayan sülhə və təhlükəsizliyə nail olunacaq. Başqa cür siyasət aparmaq Ermənistanın ziyanına ola bilər. Ən azı fərqli mövqe və siyasət Ermənistanın dövlətçiliyini itirməsi ilə nəticələnə bilər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri