Icma.az
close
up
RU
“Azərbaycan dünyəvilik və dini müxtəlifliyin harmoniyada yaşadığı nadir ölkələrdəndir” Ramin Məmmədov

“Azərbaycan dünyəvilik və dini müxtəlifliyin harmoniyada yaşadığı nadir ölkələrdəndir” Ramin Məmmədov

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Bu gün keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu 2024-cü ildə əsası qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin bariz göstəricisidir. Prezident cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciət ideoloji və konseptual baxımdan bir sıra mühüm istiqamətləri müəyyənləşdirdi və həmin strateji hədəflər son bir il ərzində fəaliyyətimiz üçün əsas yol xəritəsi rolunu oynadı".

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.

Komitə sədri bildirib ki, geridə qalan dövr Prezident tərəfindən müəyyən edilən prioritetlərin sistemli və davamlı fəaliyyət üçün nə qədər doğru olduğunu bir daha nümayiş etdirib: “Bu hədəflər bundan sonra da atacağımız bütün addımlarda əsas istinad nöqtəmiz olmalıdır. Dövlət başçısının müraciətində verilən əsas mesajlardan biri ondan ibarət idi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini müxtəlifliyə hörmətlə yanaşan bir ölkədir".

Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların, etnosların və dinlərin qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir məkanlardan biri olub: “Bu torpaqlarda tolerantlıq həyat tərzinə çevrilib. Qədim Qafqaz Albaniyasından miras qalan məbədlər, İslam mədəniyyətinin formalaşdırdığı möhtəşəm dini abidələr, kilsə və sinaqoqlar vahid, bölünməz və zəngin mənəvi irsimizin ayrılmaz hissəsidir".

O qeyd edib ki, dövlət-din münasibətləri ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə, eləcə də beynəlxalq normalara əsaslanır: “Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi uğurlarla deyil, eyni zamanda inanc və vicdan azadlığına hörmət üzərində qurulmuş güclü mənəvi dəyərlər sistemi ilə səciyyələnir".

Komitə sədri əlavə edib ki, mövcud dövlət-din münasibətləri modeli təkcə hüquqi mexanizm deyil, eyni zamanda xalqımızın minilliklər boyu formalaşmış mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün real təzahürüdür: “Bu model tarixin ən çətin sınaqlarından keçərək cilalanmış milli-mənəvi dəyərlərimizin bugünkü uğurlu ifadəsidir və cəmiyyətimizdə sabitliyin, qarşılıqlı hörmətin əsas təminatçısıdır".

Ramin Məmmədov çıxışının sonunda qeyd edib ki, Azərbaycan Din Xadimlərinin II Forumu dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında daha da möhkəmləndirilməsi, dünyəvilik və vicdan azadlığı dəyərlərinin təbliği baxımından mühüm platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri