İsrail HƏMAS in daha iki liderini öldürdü
Icma.az, Bakupost saytına istinadən bildirir.
İsrail ordusu bu gün yaydığı açıqlamada Qəzza zolağında HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın maliyyə bölməsinin rəsmisi Əbdülhay Zakkutun öldürüldüyünü bəyan edib.
Bakupost.az xəbər verir ki, İsrail ordusunun “X” sosial platformasındakı açıqlamasına görə, İsrail Müdafiə Qüvvələri və daxili kəşfiyyat xidməti onu “Şin Bet”in birgə əməliyyatı çərçivəsində zərərsizləşdiriblər.
Açıqlamada bildirilib ki, Zakkut və Raid Saadın olduğu avtomobil hədəfə alınıb. Son bir il ərzində Zakkutun HƏMAS üçün on milyonlarla dollar vəsait toplamaq və transfer etməkdən məsul olduğu, bu maliyyə resurslarının İsrailə qarşı istifadə edildiyi iddia olunub. Raid Saad isə 7 oktyabr qətliamını planlaşdıranlardan biri hesab olunurdu.
Məlumata görə, Saad oktyabr ayında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra öldürülən ən yüksək rütbəli HƏMAS üzvüdür.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İsrail daha bir HƏMAS liderini öldürdü
07 İyun 2026 09:58
İsrail HƏMAS liderini öldürdü GÖRÜNTÜ
14 Dekabr 2025 11:58
İsrail HƏMAS komandirini öldürdü
28 Aprel 2026 20:15
İsrail HƏMAS komandirlərini öldürdü
02 İyun 2026 12:08
İsrail ordusu HƏMAS komandirini öldürdü
04 Aprel 2025 12:52
Baxış sayı:80
Bu xəbər 24 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















