Icma.az
close
up
RU
“Bütün uğurların mərkəzində Prezidentin qətiyyətli mövqeyi durur” MÜNASİBƏT BİLDİRİLDİ

“Bütün uğurların mərkəzində Prezidentin qətiyyətli mövqeyi durur” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Cənab Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi Azərbaycan üçün mühüm tarixi mərhələ oldu. Postsovet məkanında müstəqillik qazanan ölkə qarşısında çoxsaylı çətinliklər dururdu: iqtisadi böhran, Dağlıq Qarabağ münaqişəsi, işğal altında olan ərazilər, daxili siyasi qeyri-sabitlik və beynəlxalq aləmdə zəif mövqe. Son iki onillikdə həyata keçirilən siyasət bu çağırışlara cavab vermək üzərində qurulub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara çatdırılması üçün yaradılan infrastruktur Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edib: "Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri (2006) ilk dəfə Xəzər neftinin Rusiyanı yan keçməklə Qərbə çatdırılmasını mümkün etdi. Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) (2007) Azərbaycan qazının Gürcüstan və Türkiyəyə ixracını reallaşdırdı. Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Boru Kəməri (TANAP) (2020) vasitəsilə isə Azərbaycan qazının birbaşa Avropa bazarına çıxışı mümkün oldu, "Cənub Qaz Dəhlizi" layihəsi tamamlandı. Bu layihələr Azərbaycanı regional enerji təchizatçısına çevirdi və Avropanın enerji təhlükəsizliyi strategiyasında əhəmiyyətli oyunçu etdi. 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsindən sonra Azərbaycan qazının Avropa üçün əhəmiyyəti daha da artdı.

Qeyri-Neft Sektorunun İnkişafı üst səviyyəyə qədər qalxdı. Neft gəlirlərindən asılılığın azaldılması məqsədilə bir sıra sahələrə investisiya yönəldildi. Subsidiyalar, güzəştli kreditlər, müasir texnologiyaların tətbiqi vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalının artırıldı. Ərzaq təhlükəsizliyi prioritet istiqamətə çevrilib. Qobustan, Şəki, Qəbələ, Şahdağ, həmçinin Xəzər sahili boyunca turizm infrastrukturunun yaradıldı. Bakıda Formula-1 yarışları, Avropa Oyunları (2015), İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirlərin keçirilməsi ölkənin turizm potensialını nümayiş etdirdi. Bakı "Qafqazın Silikon Vadisi" kimi tanıdılmaq istəyi ilə rəqəmsal iqtisadiyyatın inkişafına yönəlib. ASAN xidmət mərkəzləri, E-hökumət sistemləri, rəqəmsal innovasiya mərkəzlərinin yaradılması bu strategiyanın tərkib hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu (2017) Çin-Avropa nəqliyyat marşrutunun tərkib hissəsi kimi, Orta Asiya-Qafqaz-Türkiyə-Avropa əlaqəsinin yaradılmasını təmin etdi. Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran və Hindistan arasında yük daşımalarında Azərbaycanın tranzit rolunu artıracaq. Zəngəzur dəhlizi 2020-ci il münaqişəsindən sonra Naxçıvan Muxtar Respublikası ilə əsas ərazini birləşdirəcək nəqliyyat əlaqəsinin bərpası planı artıq reallaşmaq üzrədir. Vaşinqton razılaşmaları bunu dahada real edir. Ən geci 2028 ci ilə qədər bu layihə işə düşəcək.

1988-1994-cü illər arasında baş vermiş müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Təxminən 1 milyon azərbaycanlı öz evlərindən köçürüldü, minlərlə insan həlak oldu. 2020-ci il sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycan öz ərazilərinin əhəmiyyətli hissəsini nəzarət altına aldı, Şuşa şəhəri azad edildi, Rusiya sülhməramlıları bölgəyə yerləşdirildi, Üçtərəfli bəyanatla atəşkəs elan olundu. 2023 cü ildə isə Suverenlik tam bərpa edildi. Azərbaycan Bayrağı Xankəndi, Xocalı, Xocavəntdə dalğalanmağa başladı. Müasir pilotsuz uçuş aparatları (PUA), dəqiq zərbə sistemləri və koordinasiyalı hücumlar Azərbaycan ordusunun texnoloji üstünlüyünü nümayiş etdirdi. 2020-ci ildən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri başladı.Minalardan təmizlənmə (hələ də davam edir), yolların, körpülərin, infrastrukturun bərpası, "Yaşıl enerji" zonası konsepsiyası, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, Füzuli, Zəngilan və Laçında hava limanının inşası çox böyük layihələr hesab olunur. Əldə edilən bütün uğurlarların mərkəzində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və əzimkar fəaliyyəti durur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri