Icma.az
close
up
RU
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə qeyd etmişdir ki, "44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı".

Baxmayaraq ki, Azərbaycan tarixə qovuşan münaqişəni diplomatik yollarla həll olunmasına çalışırdı, bu səylər beynəlxalq səviyyədə hökm sürən ikili standartlar və selektiv yanaşmalarla üzləşdi. BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrdə erməni işğalçı qüvvələrin Azərbaycan ərazisindən "dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması", heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm müddəaların əksini tapmaşına rəğmən, ATƏT-in Minsk qrupu milli maraqlarımıza cavab verməyən status quo-nun saxlanılmasına çalışırdı.

Beynəlxalq təşkilatların fəaliyyətsizliyi fonunda Ermənistan sil-silə silahlı təxribatlar törədərək, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Bu cür şəraitdə Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Xatırlatmaq istərdim ki, İkinci Dünya müharibəsindən sonra formalaşan və Birləşmiş Millətlər Təşkilatının təsis sənədinə əsaslanan beynəlxalq hüquqi rejimə uyğun olaraq,  hərbi güc tətbiqinin iki qanuni forması mövcuddur: 1) beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən həyata keçirilən kollektiv tədbirlər; 2) BMT üzvünün hərbi hücuma cavab olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququndan istifadəsi. Ərazi bütövlüyünün bərpası və ölkənin beynəlxaql sərhədləri çərçivəsində konstitusiya-hüquq qaydasının təmin edilməsi Azərbaycanın suveren hüququ idi və beynəlxalq hüququn hamılıqla tanınan təməl prinsiplərinə uyğun olaraq, dövlətimiz zəruri özünümüdafiə tədbirlərini həyata keçirərək, tarixi ədaləti bərpa etdi.    

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri