Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Azərbaycan ədəbiyyatında felyeton janrı kompleks şəkildə tədqiq olunub

Azərbaycan ədəbiyyatında felyeton janrı kompleks şəkildə tədqiq olunub

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda tədqiqat işimdə janrın poetikası, inkişaf mərhələləri, janr sərhədləri və tipoloji xüsusiyyətləri kompleks şəkildə araşdırılıb və bu sahədə mövcud elmi boşluğun aradan qaldırılmasına xidmət edir.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Əhmədova söyləyib. O bildirib ki, tədqiqat çərçivəsində Azərbaycan mətbuatında felyetonun inkişaf dinamikası izlənilib, janrın milli xüsusiyyətləri müəyyənləşdirilib, onun əsas nəzəri xüsusiyyətləri, inkişaf mərhələləri və tipologiyası elmi əsaslarla sistemləşdirilib. Eyni zamanda, felyeton janrının Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti, müxtəlif dövrlərdə Azərbaycan yazıçılarının bu janra müraciət xüsusiyyətləri tədqiq edilib. Dissertasiyada felyetonun janr identifikasiyası, Azərbaycan ədəbiyyatında təşəkkülü, ideya-məzmun və forma xüsusiyyətləri, həmçinin tipoloji cəhətləri geniş şəkildə araşdırılıb. Felyetonların dərc olunduğu qəzet və jurnallar tədqiq edilib, bu janrın Azərbaycan mətbuatında mövqeyi və ictimai funksiyası müəyyənləşdirilib. Tədqiqatın mühüm yeniliklərindən biri müasir dövrdə felyeton janrının mövcudluğu və inkişaf perspektivlərinin ilk dəfə ayrıca problem kimi araşdırılmasıdır. Bununla yanaşı, felyetonun publisistik və bədii xüsusiyyətləri vəhdətdə təhlil edilərək onun hibrid janr olması elmi faktlarla əsaslandırılıb.

“Azərbaycanda mətbuatın yaranması və inkişafı milli ədəbiyyata yeni janrların daxil olmasına əlverişli şərait yaradıb. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa mənşəli bir sıra janrlar Azərbaycan ədəbiyyatına daxil olaraq milli xüsusiyyətlər qazanıb və ədəbi prosesin ayrılmaz hissəsinə çevrilib. Felyeton da belə janrlardan biri kimi milli mətbuatın və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Vaxtilə geniş yayılmış bu janr müasir dövrdə əvvəlki fəallığını itirsə də, onun yenidən aktuallaşdırılması, qəzet, jurnal və internet media platformalarında tətbiqi həm publisistikanın, həm də milli ədəbiyyatın inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan felyeton janrının hərtərəfli öyrənilməsi jurnalistlər, publisistlər, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyır. Azərbaycan publisistikasının görkəmli nümayəndələrinin yazıb-yaratdıqları bu janrın tədqiqi və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi milli mətbuat və ədəbiyyat tarixinin öyrənilməsinə mühüm töhfə verir”, - deyə müsahibimiz bildirib.

Günel Əhmədova qeyd edib ki, tədqiqat zamanı əldə edilən elmi nəticələr gələcək araşdırmalar üçün nəzəri baza rolunu oynaya bilər. Bu araşdırma həm ədəbiyyatşünaslıq, həm jurnalistika sahəsində çalışan mütəxəssislər, həm də tələbələr, magistrantlar və doktorantlar üçün faydalı ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri