Icma.az
close
up
RU
Azərbaycan təsəvvüf ədəbiyyatında Miskin Abdal mərhələsi

Azərbaycan təsəvvüf ədəbiyyatında Miskin Abdal mərhələsi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sədrəddin Hüseyn
BMU-nun dosenti. F.ü.f.d.

Həm Azərbaycan tarixində, həm Azərbaycan ədəbiyyatı tarixində, həm də təsəvvüf dünyası, təsəvvüf ədəbiyyatı tarixində Miskin Abdal fenomeni keçən əsrin sonlarından maraq doğursa da, XXI əsrin əvvəllərindən haqqında kifayət qədər araşdırmalar aparılıb, əsərləri çap olunub, bəlkə də haqqında hər şey deyilib. Amma əfsuslar olsun ki, bunun təbliğatı, reklamı zəif olduğundan bu gün haqqında çox az adam bilir, tanıyır. Bircə onu deyək ki, ədəbiyyatda Yunus Əmrə, Füzuli, Aşıq Ələsgərlə, təsəvvüfdə Seyid Yəhya Bakuvi, Mir Həmzə Nigari, alpərənlikdə, siyasətdə Koroğlu və Nizamilmülklə bir cərgədə dura biləcək adamdır. Saz sənətində isə zirvədədir. Sonrakılar onun şəyirdləri. Bəlkə də böyük iddia oldu, amma tanıdıqca bu qənaətə gəldik. Əlbəttə, özümüzünn subyektiv yanaşmamızdır.

Bu yazıda Miskin Abdalla bağlı üç əsas məsələyə toxunulacaq: 1. Sah İsmayıl və Miskin Abdal münasibətləri, 2. Miskin Abdal və “Koroğlu” dastanı, 3. Miskin Abdal bir təsəvvüf şairi kimi.

1.Çox təəssüf ki, Miskin Abdal haqda bilgilər uzun zaman insanlardan gizli qaldı. Həm tarix, həm də ədəbiyyatşünaslıq elmində Şah İsmayılla bağlı bilgilərdə Miskin Abdalın adı çəkilmədi. Azərbaycan tarixində İsmayıl Gilanda gizlədilərkən onunla məşğul olanlar haqda belə yazılır: “…ġeyx Heydərin oğlu çox gənc idi və atasının silahdaşlarının, yaxın tərəfdarlarının məsləhətinə əməl edirdi. Onun əsas tərbiyəçisi və qəyyumu Hüseyn bəy Lələ olmuşdur. Əbdüləli bəy Dədə (Dədə bəy Talış), Xadim bəy Xəlifə (Xülafə bəy), Ġlyas bəy Ayqutoğlu (Xınıslı), Qarapiri bəy Qacar, Rüstəm bəy və Bayram bəy (hər ikisi Qaramanlı tayfasından idi) onu müşayiət edirdilər. (Az. tar.VII cilddə. III c.Bakı. Elm. 2007. 563 səh.s.171)

Azərbaycan ədbiyyatı tarixinin Şah İsmayılla bağlı bölümündə də (Ə.Səfərli) Miskin Abdalın adı çəkilmir. Bu kitabların sonrakı nəşrlərində aşiqliyin inkişaf mərhələləri belə xarakreizə edilir: “1-ci mərhələdə “aşiqlik” ideyası ortaya çıxır. XI-XII əsrlərdə türk sufiliyinin banisi Əhməd Yəsəvinin qurtuğu “Yəsəvilik” və ondan ayrılan qollar (nəqşibəndilik, bəktaşilik, söhrəvərdiyə, səfəviyyə) “ilahi eşq aşiqliyini”, “haqq aşiqliyini” ideya-bədii obraz kimi sufi-dərviş ocaqlarında, təkkələrdə möhkəmləndirir. 2-ci mərhələdə “aşiqlik” ideyası təkkələrdən sufi-dərviş ocaqlarından çıxarılaraq xalq arasına yeridilir, bu mərhələdə “aşiq” titulunu daşıyanlar dini-ruhani vəzifə icra edir, “ilahi eşq aşiqliyi”ni təbliğ edən missioner dərviş aşiqlərdir. Uzun və məşəqqətli olan bu mərhələ XIII-XV-ci əsrləri çevrələyir. 3-cü mərhələdə “aşiqlik” dini-ruhani vəzifə icraçılığından tədricən “musiqiçi-folklor sənətkarı” statusuna keçir. O paralel olaraq həm də təkkə missiyasını davam etdirir. “Aşiq”in aşığa, yəni sənətkar statusuna keçməsi XV-XVI yüzilliklərə düşür. Bu dövrdən başlayaraq Qurbanidən Aşıq Abbas, Sarı Açıq, Xəstə Qasıma, Vaqif və sonrakı dövr Aşıq Alı, Aşıq Ələsgər və daha sonrakılardan ibarət nəhəng bir silsilə əmələ gəlir.” Göründüyü kimi bu “nəhəng silsilənin” içində də Miskin Abdalın adı yoxdur. Əgər olsaydı, mərhələlərin təsnifinə redəktə edilərdi. (3. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I cild (Şifahi xalq ədəbiyyatı), Bakı: “Elm”, 2004, s.29-328; 463-527)

Tarixi romanlarda da mənzərə elmi ədəbiyyatdakı kimidir. Yanaşmalar bimənaləı deyil. Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsərində də Miskin Abdaldan söhbət getmir. Sadəcə Atdaşı “mözüzə”si təsvir edilir. Ancaq bu daş əhvalatını Miskin Abdal (Hüseyn) deyil, Hüseyn Lələ bəy “kəşf” edir, İsmayıla da o bildirir, üstəlik İsmayılın sahibəzzamanlığına dəlil üçün istifadə edir. Burada bir məqam da var: Miskin Abdalla bağlı qaynaqlarda Qaraqoyunlular İsmayılın dostu, savaş üçün ona dəstək verən kimi göstərilsə də, romanda Qarqoyunlu Cahan şahın nəvəsi Sultan Hüseyn Pəraninin düşmənciliyi görünür. İsmayılın qoşuniuna Ərzincandan, Ağbabadan belə insanların qatıldığı halda Göyçəliolərdən qoşulan olmur.

Əlisa Nicatın “Qızılbaşlar” romanında da bənzər epizodlar var. Orada da Mizkin Abdaldan söhbət getmir. Şah qoşunu Göyçədən keçib Diyarbəkirə, Ərzincana gedərkən Göyçədə onları Qaraqoyunlu Cahan şahın nəvəsi Sultan Hüseyn tələyə salmaq istəyir, ancaq Hüseyn lələ bəyin tədbiri sayəsində qurtulub yollarına davam edir.

Səfəvilər tarixinə həsr olunmuş ilk tarixi roman olan "Bakı 1501" adlı əsərində isə (1981) xalq yazıçısı Əzizə xanım Cəfərzadə ilk dəfə Miskin Abdal obrazını tarixi-bədii ədəbiyyatımıza gətirmiş, onu Səfəvilərin böyük şairi və aşıq obrazında təqdim etmişdir. Həmin əsərdə o sarayda ədəbi gecənin birinin sırf Məhəmməd Füzuli və Miskin Abdalın yaradıcılığına həsr olunduğunu göstərməklə orada Miskin Abdal ilə Şah İsmayılın son dərəcə ibrətamiz və maraqlı mükaliməsini vermiş, Şah İsmayılın Miskin Abdalın adına fərman imzalaması faktını təsvir etmişdir. (https://az.wikipedia.org/wiki/Miskin_Abdal)

Qalan əlliyə qədər müxtəlif qaynaqlarda Miskin Abdalın ulu babası Yaqub ilə İsmayılın ulu babası Şeyx Səfiəddin, atası Məhəmməd ilə İsmayılın atası Şeyx Heydər arasında sıx dostluq əlaqələri olduğu deyilir. Qaynaqlarda M.Abdalın babası Cəfərin, atası Məhəmmədin Səfəviyyə təriqətininin Göyçədə yayılmasında mühüm rol oynadıqları göstərilir. Hətta İsmayılın Gilandan əvvəl Göycənin Ağdamar qalasında gizlədildiyi və M.Abdal nəslinin onu himayə elədiyi də yer alır. “Tarixi mənbələrə görə, gənc İsmayıl və ailəsi dayıları tərəfindən təqib edilərkən Gilanda onun təlim-tərbiyəsi ilə məşğul olan "Təriqət Qərargahı"na Abdal (Miskin Abdal), Hüseyn Lələ bəy, Xəlifət əl-Xülafa, Dədə və Xədim daxil idilər” (V. F. Minorski "Təzkirat əl-mülük").

“Divani- Şah İsmayıl-aləm arayi” əsərində 13 yaşlı İsmayılın ayı ovu miniatürü verilib. Bu ov mərasimi Göyçədə baş berir. “...şah Xətaini göyçəlilər artıq təriqət şahı kimi qəbul etmişdilər. Qalırdı onun bir hökmdar kimi qarşılanması... Miskin Abdal bu vəziyyəti çoxdan hazırlamışdı. 1500-cü ildə Miskin Abdal gənc Səfəvi sərkərdəsini Göyçədə böyük ehtiram və sonsuz məhəbbətlə qarşıladı.” (Hüseyn İsmayılov) Bu qaynaqda deyilir ki, Miskin Abdal İsmayıla saz bağışlayır, öz əlləri ilə şahlıq camını ona içirdir, butasını verir. “Şah Xətainin Sufi Mahiyyətin, onun əzəli, əbədi mənasının təsdiqi yarıbayarı Miskin Abdal dərslərindən, şeyxlik təlimlərindən, şahda doğurduğu heyrət və məhəbbətdən doğurdu.” Məhz Miskinin sayəsində hər yerdən Şah İsmayılın dəstəsinə minlərlə mürid qoşulur, döyüşlərdə özlərini fəda edir, Miskinin sazı və qoşduğu havalar döyüş zamandı ordunu coşdurur, qələbəni reallaşdırır.

“Fütuhat-cəngavərlik epoxasının yavaş-yavaş səngiməsi… bahadırlıq dastanlarını tədricən ozan-aşıq repertuarının əsas yükü olmaqdan çıxarmış, …XVI-XVII yüzilliklərdən etibarən sufi-dərviş simvolikasını ifadə edən rəmzi-məcazi məhəbbət dastanları epik məkanda aparıcı mövqeyə çıxmışdır. Azərbaycanda səfəvilik-qızılbaşlıq şəklində təzahür edən təsəvvüf fəlsəfi-ideoloji sistemi özünün hərəkatverici qüvvələrindən biri kimi aşıqlığı meydana gətirlmiş, aşıqlıq isə bütün mənəvi-poetik gücüylə həm təkkə-təriqət, həm hərbi-siyasi, həm də etnoqrafik mərasimlərdə səfəvi ideologiyasınının təbliğ-tərənnümü strateji bir vəzifə olaraq həyata keçirmişdir.”

Miskin Abdalı məna aləmində Aşıq Ələsgərin ustadı, mürşidi hesab edən Fəxrəddin Sami yazır: “Göyçə mühiti və Aşıq Ələsgər poeziyası məhz Şah Xətayidən. Miskin Abdaldan, Dirili Qurbandan, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan gələn sırf Azərbaycanlaşmış bir təsəvvüf modeli əsasında intişar tapmışdı.”(Milli yaddaş sistemində irfan və təsəvvüf. s. 204)

Mahmud Allahmanlının bir tədqiqat əsəri “Miskin Abdal- Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” adlanır. Şah İsmayılın öz şeirlərində isə “yalnız nihan, yəni gizli dərvişlər arasında oxunan "Divan"ındakı sırf təsəvvüf şeirlərində Şah İsmayıl Miskin Abdalı özünün mürşidi, "Pir"i kimi vəsf edir.”

Miskin Abdalın Şah İsmayılın vəziri olması, bir çox diplomatik görüşlərdə başçı kimi (hətta Şeybani xan və Sultan Səlimlə) Dərbənddə neçə il səfir işləməsi, Şah İsmayılın fərmanı ilə Zərgərli kəndinin vergidən azad olması, və ona nə qədər mülk bağışlaması, XVII əsrin sonu Səfəvi şahı Sultan Hüseynin Göyçəyə gələrək aşığın qəbrini ziyarət etməsi hər iki nəsil arasında nə qədər sıx əlaqənin olmasını göstərir. Nə yazıq ki, bu həqiqətlər XXI əsrin əvvəllərində gün üzünə çıxmış, o vaxta qədər Miskin Abdal tanınmaz olmuşdur. Elə bu səbəbdən də onu çox az adam tanıyır, bilir.

2. Miskin Abdalla “Koroğlu” dastanı arasında da cidddi paralellər, assosiyalar mövcuddur. İstər “Miskin Abdal və Şah İsmayıl” dastanı, istərsə, Miskin Abdalın yazdığı digər əsərlər çox halda “Koroğlu” dastanı ilə səsləşir. Düşünmək olar ki, ya Koroğlunun məskəni elə Göyçə və onun ətrafıdır, dastandakı hadisələrin episentri Göyçə gölüdür. Qıratla Düratın “atasının” məskəni dastanda adı çəkilməsə də elə Göyçə gölüdür. Çünki Miskin Abdalın atı Haçadilin də əcdadı dərya cinsindəndir və hər hansı dərya deyil, konkret olaraq Göyçə gölüdür. Haçadili Miskinə Həzrət Əli, Qiratla Düratı Koroğluya atası Alı kişi hədiyyə edir. “Miskin Abdalla Şah İsmayıl dastanı”nda şahın da, müridlərin də qurşağındıkı silahın adı Misri qılıncdır. “Koroğlu”dakı Çənlibel də, Qoşabulaq da, Ağ qaya da, Yağı qoruğu da, elə Misri qılncla Qırat və Dürat da eyni ilə Miskin Abdalda da var. Qoşabulaq möcüzəsi də hər ikisində oxşardır. Hər ikisində təsvir olunan bulaqlar Şuşa ətrafındadır. Qotur bulaqda ilin altı ayı su olur, altı ayı quruyur, Turşsu bulağı isə saatda bir təqribən yarım saat axıb dayanır. Hər ikisi dastanlarda olduğu kimi “möcüzıli”, şəfalı sulardır. Atdaşı adlı su-qaya “möcüzəsi” də Göyçə ilə bağlıdır.

Ya da dastanı düzüb qoşanlar Miskin Abdalın və əsərlərinin təsirində qalmış, ilhamlarını ondan almışdır. Çünki, Cəlali Koroğlu (əgər dastan qəhrəmanının prototipi odursa) Miskin Abdal- dan iki əsrə yaxın sonranın məsələsidir. Burası da var ki, Miskin Abdal amili qədər Koroğlu ilə bu qədər yaxın ikinci bir bədii nümunə, sakral və prafon hadisələr olmamışdır. Miskin Abdalla Koroğlu bir-birinə çox bənzəyir. İkisi də savaşçıdır, ikisi də haqq aşığıdır. Yeri gələndə sazla-sözlə, yeri gələndə Misri qılıncla danışırlar. İkisi də Qoşabulağın suyunu içib, ondan ilham alıb.

3. Miskin Abdal yaradıcılığı, şəxsiyyəti, dünyagörüşü üzün müddət çox güman ki, sovet rejiminin qaranlıqlarından gün işığına çıxa bilməmiş, ədəbi aləm də, oxucular da bu zəngin xəzinədən xəbərsiz qalmışlar. Bu xəbərsizliyin acı nəticələri aşkara görünməsə də dərinliklərdə ciddi fəsadlar yaratmışdır. Bircə misal deyim ki, Aşıq Ədalət Nəsibovun 75 ili ərəfəsində ondan alınan müsahibədən ürək ağrısı ilə görmək olur ki, əgər Ədalətin Miskin Abdalın irfani təsəvvüf dunyasından xəbəri olsaydı, bu müsahibə tamam başqa şəkildə olardı.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see305

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see284

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see229

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see221

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see128

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri