Azərbaycan ədəbiyyatının ən tez unudulan şairi Orxan Saffari yazır…
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan poeziyasında elə imzalar var ki, onları oxuyanda adamda iki hiss yaranır.
Birincisi, “bunu mən də yaza bilərdim”, ikincisi, “bunu yazmağa niyə ehtiyac var?”
Fikrət Qoca məhz bu iki sualın ikisini də cavab verən ədib olub.
Əlbəttə, onun bir neçə təsadüfi misrası olsa da, səd-əfsus, digər qələm yoldaşları kimi əsl şairə, şair faktına çevrilə bilməyərək unuduldu.
Daha dəqiq, gəncliyindəki ortabab şairi də özü öz əlləri ilə öldürdü.
Çünki Fikrət Qocanın şeirləri şeir yox, lap çoxdan məsuliyyətli vətəndaş mövqeyinə çevrilmişdi.
Obrazlı desək, Fikrət Qocanın şeirləri bir qış axşamı televizorda açıq qalıb, səsi azaldılmış dövlət kanalına bənzəyir: var, amma maraqlı deyil, danışır, amma heç nə demir.
Əlbəttə, özü kimi mətnləri də steril, ütülənmiş, təhlükəsiz həyat yaşadı Fikrət Qoca.
Bu səbəbdir, ölümündən dərhal sonra da unuduldu, protokol qaydası bir-iki tədbirdən savayı xatırlanmadı.
Sözsüz, heç xatırlanmayacaq da.
Onun şeirləri oxucunun beynində fikir yaratmaq üçün yox, səssizlik fonu olmaq üçün mövcuddur. Sanki sözlər deyirdi: “Mən buradayam, amma məndən nəsə gözləmə”.
Di gəl, heç bu şeirləri də əzbərə bilənlər yoxdur, heç kim dodağaltı özünə belə mızıldanmır.
Faciədir, deyilmi? O qədər ömür sür, yaz, yarat, amma sonda bu cür olsun.
Doğurdan da kədərlidir. Hətta xatırlananda belə o qədər şeirin, mətnin içində iş yerinə yazdığın məzmunsuz şeirlə xatırlan.
Çox yəqin, bu da Fikrət Qocanın şair faciəsi idi.
Bəs Fikrət Qoca Azərbaycan ədəbiyyatına heçmi layiq deyil?
Əsla, layiqdir. Məsələn, o, Azərbaycan ədəbiyyatında Anarın dostu kimi qala bilər.
Bəs görəsən, sağlığında bütün bunları bilirdimi Fikrət Qoca?
Axı elə sağlığında da yazılırdı, deyilirdi. Belə idisə, bir şair bu münasibəti özünə necə rəva görürdü?
Bəlkə də, Fikrət Qoca gənclik illərindəki şövqündə qalsaydı, nələrsə edə bilərdi. Ancaq o da ömrünü və yaradıcılığını Anarın, AYB-nin müdafiəsinə, orada bir otağa, dərisi qopmuş kresloya qurban verdi.
Anar digər bir çox ədiblərdən özünün müdafiə qalasını möhkəmləndirməyə istifadə etdiyi kimi, ondan da istifadə etdi.
Bir şairin ömrü Anarı müdafiə etməklə keçib getdi.
Demək, deyilən hər şey yalanmış, pafosmuş.
Fikrət Qoca doğrudan da unudulmaz şair idisə, ölümündən sonra da xatırlanacaqdısa, bəs hanı o xatırlayanlar? Kim gedib hansı kitabxanadan Fikrət Qocanın kitabını aldı? Kim şeir oxumaq istəyəndə açdı Fikrət Qocadan bir-iki şeir oxudu? Heç sağlığında ondan nəsə mətn gözləyən oldumu?
Əlbəttə, suallar ritorik, cavablar aydındır.
Fikrət Qoca da o şairlərdən idi ki, haqqında tez-tez yazılar yazılır, təriflənirdi. Ancaq zaman bütün bunların da boş olduğunu sübut etdi.
Fikrət Qoca Azərbaycan ədəbiyyatının hamıdan tez unudulan şairidir.
O da aydındır ki, sağlıqlarında adlarının çəkilməsi, tədbirlər kralı olmaqları sadəcə həmin anda olduqları status üçün idi, şəxsən özlərinə görə yox.
Bütün bunları vaxtında başa düşmək isə həqiqi istedad, şairlik tələb edirdi.
Təəssüf ki, Fikrət Qoca həqiqi istedad, böyük şair deyildi. Əks halda, belə olmazdı.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















