Icma.az
close
up
RU
Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb

Zəfərin işığında: Gənclər Kitabxanasında şanlı tariximizə nəzər salınıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş “8 Noyabr – Zəfər Günü” adlı tədbir təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov 8 Noyabr tarixinin Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını, xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Azərbaycan ordusunun qəhrəmanlığının təntənəsi olduğunu söyləyərək, Zəfərin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdığını bildirib.

Akademik Nizami Cəfərov çıxışında bu Qələbənin milli özünüdərkin, vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edərək, Zəfər Gününün milli yaddaşımızın qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətindən danışıb, bu gün gənclərin Vətən müharibəsi həqiqətlərinin, qəhrəmanlıq tariximizin və şəhidlərimizin əziz xatirəsinin yaşadılmasında mühüm missiya daşıdığını söyləyib.

Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov qazanılmış tarixi Zəfərin qorunması, onun mahiyyətinin və əhəmiyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində qarşıda hələ mühüm vəzifələrin dayandığını bildirərək, postmüharibə dövründə hərbi və informasiya təhlükəsizliyinin gücləndirilməsinin, ideoloji işin daha sistemli və məqsədyönlü şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Əməkdar Jurnalist Əlövsət Ağalarov tarixi Qələbənin sənədləşdirilməsi, arxivləşdirilməsi vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə kitabxanaların elmi və maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Ə.Ağalarov “Azərnəşr” tərəfindən bu günlərdə çap edilmiş “İlham Əliyev. İnkişaf-məqsədimizdir. Zəfər. Tam və qəti qələbə” adlı kitabı kitabxanaya hədiyyə edib.

Türk Dünyası Şair Qadınlar Şurasının sədri Xuraman Muradova Zəfərin Azərbaycan xalqının milli qürur və ləyaqət tarixinin parlaq təzahürü olduğunu bildirərək, Qarabağın azadlığının yüzlərlə qəhrəman şəhidimizin canı və qanı bahasına əldə edildiyini, bu torpaqların hər qarışının böyük fədakarlıq və mübarizənin nəticəsində əldə edildiyini qeyd edib. Yaddaşında dərin izlər buraxan Şuşa səfərindən söz açan Xuraman xanım bu qədim şəhərin hər daşında, hər divarında Vətən uğrunda canından keçən şəhidlərimizin ölməz ruhunun yaşadığını, onların Vətən sevgisinin və müqəddəs amalının duyulduğunu söyləyib və çıxışının sonunda Şuşa fatehlərinə həsr etdiyi “Şuşam” şerini səsləndirib.

UNESCO və Azərbaycan Rəssamlar Birliyinin üzvü Nigar Helmi Abbasbəyli “Qarabağ mirası” layihəsi çərçivəsində ərsəyə gətirdiyi əsərlər haqqında məlumat verib. Rəssam bildirib ki, bu rəsmlərdə Qarabağın tarixi abidələri, Şuşanın memarlıq nümunələri, dağıdılmış mədəniyyət ocaqları və xalqımızın yaddaşında xüsusi yeri olan məkanlar əks olunub. Layihənin əsas məqsədi regionun zəngin tarixi-mədəni irsini və milli-mənəvi dəyərlərini təsviri sənətin dili ilə yaşatmaq, həmçinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Nigar Helmi Abbasbəylinin sözlərinə görə, hər bir rəsm əsəri yalnız bir məkanın təsviri deyil, həm də xalqımızın tarixi yaddaşını, yaşadığı ağrıları və torpağa bağlılığını ifadə edir.

Əməkdar Mədəniyyət işçisi Azər Turan çıxışında 8 Noyabr Zəfərinin tarixi köklərinin ötən əsrin əvvəllərində baş verən milli istiqlal hərəkatı, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Türk dünyasının həmrəyliyi ilə sıx bağlı olduğunu vurğulayaraq, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin türkçülük və Turan ideyalarının formalaşmasındakı müstəsna rolundan, bu ideyaların xalqımızın milli düşüncəsində, istiqlal mübarizəsində və dövlətçilik təfəkküründə dərin izlər buraxmasından bəhs etdi. Azər Turan bu qələbənin ideya və mənəvi təməllərinin türkçülük məfkurəsindən, milli birlik və Turan düşüncəsindən qaynaqlandığını söyləyib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bu tarixi Qələbənin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rolundan bəhs etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, diplomatik məharətinin və strateji rəhbərliyinin tarixi Qələbənin əldə olunmasında müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, Şanlı Zəfərin xalqın birliyinin, dövlətin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının nümunəsi olduğunu bildirib.

Müdafiə Nazirliyinin sektor müdiri Zümrüd Səmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, tarixi romanlar müəllifi Yunus Oğuz, yazıçı, publisist, tərcüməçi, tədqiqatçı və jurnalist Elşad Qoca, Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Azərbaycan xalqının qəhrəmanlıq tarixinin əsrlər boyu formalaşdığını və Zəfərin bu tarixin davamı olduğunu bildirərək, Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı, milli birlik və həmrəylik mövzuları ətrafında çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri