Azərbaycan elektrikli avtomobil idxalını azaldıb 5 illik statistika
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-may aylarında 468 ədəd elektrikli avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 5 ayda ölkənin elektrikli avtomobil idxalının dəyəri isə 12 milyon 353 min dollar olub.
İllik müqayisədə elektromobil idxalında 299 ədəd azalma qeydə alınıb. Son 5 ilin göstəricilərinə baxsaq, idxalda həm miqdar, həm də dəyər baxımından dalğalanmalar olduğunu görə bilərik. 2022-ci ildən (yanvar-may aylarında) bəri idxal edilən elektrikli avtomobillərin sayı bu qədər olub:
İllər (yanvar-may ayları)
Sayı
Dəyəri (dollar)
2026
468
12 milyon 353 min
2025
767
25 milyon 762 min
2024
1 250
53 milyon 500 min
2023
812
34 milyon 383 min
2022
130
3 milyon 745 min
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:117
Bu xəbər 30 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















