Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbəti hesabat seçki konfransı keçirilib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, ilk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən E.İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.
Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 25 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















