Icma.az
close
up
RU
Azərbaycan elmi ictimaiyyəti üçün böyük fəaliyyət meydançası yaradılır ŞƏRH

Azərbaycan elmi ictimaiyyəti üçün böyük fəaliyyət meydançası yaradılır ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin nitqindəki bəzi məqamlara diqqəti yönəldərək deyib ki, dövlətimizin başçısı akademiyanın 80 il ərzində böyük yol keçdiyini bildirdi. Qeyd etdi ki, akademiya ötən illər ərzində Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində ölkənin ictimai-siyasi həyatında müxtəlif hadisələr baş versə də, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib. Bu istiqamətdə çox böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə akademiyanın fəaliyyəti daha da təkmilləşdirildi, yeni elmi-tədqiqat institutları yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. Ümummilli Lider hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasət müstəqillik illərində də aparıldı. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir.

Tanınmış hüquqşünas dövlət başçımızın illər keçdikcə, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi və bu istiqamətdə atılan qətiyyətli addımlar baarəsindəki fikirlərinə münasibət bildirərək deyib ki, yeni böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşa edilməsi elmi-tədqiqat institutlarının təmiri və müasir avadanlıqlarla təchizi elmin inkişafının daim diqqət mərkəzində saxlanılmasından xəbər verir. 2009-cu ildə Elm Fondunun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiyanın, “Elm haqqında” Qanunun və Dövlət Proqramının qəbul edilməsi yüksək qiymətə layiqdir.

Ç.Qənizadə dövlətimizin başçısının texnoloji inkişafı ölkəmiz üçün prioritet hesab etməsinə münasibət bildirərkən deyib ki, bu gün hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu inkişafı şərtləndirən mühüm amillərdən biri də yeni texnologiyaların tətbiqidir. Məhz bu baxımdan texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır.

Hüquq müdafiəçisi Prezidentin Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılmasından və Azərbaycan alimlərini bu işlərə dəvət etməsindən, həmçinin bununla bağlı dövlət strukturlarına da göstəriş verməsindən söhbət açaraq deyib ki, bu, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda böyük sayda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək.

Hüquq müdafiəçisi deyib ki, diqqət çəkən məqamlardan biri də azərbaycanlıların indiki Ermənistana qayıtması ilə əlaqədar səsləndirilən fikirlər oldu. Ölkə Prezidenti diqqətə çatdırdı ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Azərbaycanlılar Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Prezident, Ali Baş Komandan İlham Əliyev bir neçə gündən sonra şanlı Zəfərimizin beş illiyini qeyd edəcəyimizi də xatırladaraq dedi ki, bu münasibətlə Azadlıq meydanında Hərbi parad təşkil ediləcək: “Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri