Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Azərbaycan elminin növbəti hesabatı

Azərbaycan elminin növbəti hesabatı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Məclisdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honkonq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, deputatlar, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.

Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.

Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib. Bu il martın 27-də AMEA-nın yaradılmasının 80 illiyinin tamam olduğunu bildirən AMEA prezidenti akademiyanın tarixinə nəzər salıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərin ölkəmizdə akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyil proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, akademiyanın inkişafında 2003–2022-ci illər modernləşdirilmə dövrü, 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi kimi səciyyələndirilə bilər.

AMEA prezidenti akademiyada 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımlar atıldığını söyləyib. Bildirib ki, sivilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib-hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixinin, milli-mədəniyyətinin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib.

Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub.

Beynəlxalq əlaqələrə də toxunan məruzəçi akademiyanın 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvü olduğunu, həmin qurumların Baş assambleyalarının rəhbər heyətlərinin seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunduğunu, elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı qazandığını bildirib.

Akademik İsa Həbibbəyli AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilməsinə də diqqət çəkib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatında yaradılan Elektron Akademiya şöbəsi vasitəsilə akademiyanin elmi bölmələrinə və elmi-tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funksionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının təsdiq etdiyi Rəqəmsal İnkişaf Konsepsiyasının qarşıya qoyduğu tələblər əsasında Humanitar və İctimai Elmlər sferasında süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə edilməsi üçün əlavə tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməli və ən qısa müddətdə kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır. Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib. Bildirib ki, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”, - deyə Emin Əmrullayev əlavə edib.

O, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

Elm və təhsil naziri Azərbaycanla bağlı tədqiqatlar aparan sosial və humanitar sahələr üzrə alimlərin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, nəticəyönümlü maliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: “Elmi fəaliyyətin nəticəsinə söykənən maliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır”.

Emin Əmrullayev yeni fəaliyyətə başlayan Qarabağ Universitetində nəticəyə əsaslanan maliyyələşmənin artıq tərtib edildiyini söyləyib.

Nazir, həmçinin son iki il ərzində ali təhsil müəssisələrinin reytinqlərdə irəliləməsini yüksək qiymətləndirib. Azərbaycanda elm sahəsində aparılan islahatlardan danışan Emin Əmrullayev ali təhsil və elmi müəssisələr arasındakı əlaqələrə toxunub. Nazir müvafiq sferada aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində elm və təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, elmi məhsuldarlığın yüksəldiyini, müsbət təzahürlərin müşahidə olunduğunu və ölkəmizin beynəlxalq reytinqlərdə irəlilədiyini diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında rəhbəri olduğu qurumun AMEA ilə birgə müxtəlif konfrans və seminarlar keçirdiyini söyləyib.

“Türk dünyasının görkəmli elm və incəsənət xadimləri haqqında AMEA tərəfindən nəşr olunmuş kitablardan böyük və zəngin bir kitabxana yaratmaq mümkündür”, - deyə vurğulayan Aktotı Raimkulova Parisdə UNESCO çərçivəsində Türk dünyasının ilk ensiklopedik əsəri “Divanü lüğat-it-türk” kitabının təqdimatına görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu AMEA ilə birlikdə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görür.

Aktotı Raimkulova əməkdaşlıq perspektivləri, aşıq sənətinə dair təşkil olunacaq beynəlxalq elmi konfrans haqqında danışıb, Azərbaycan alimlərini bu konfransda fəal iştirak etməyə çağırıb. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib.

Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.

“AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi” layihəsi haqqında çıxış edən işçi qrupunun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025–2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir.

Birinci bölmədə qlobal çağırışlar, dünya elminin yeni inkişaf meyilləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indikatorları öz əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

S.Xavəri diqqətə çatdırıb ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla 3 mühüm amillə izah olunur. Birinci amil müasir dünyanın qlobal inkişaf tendensiyaları, ikinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları, üçüncü amil isə respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır.

Məruzəçi bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilib, onların icrası mexanizmləri hazırlanıb. Konsepsiyanın və Yol Xəritəsinin icrasına akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi-tədqiqat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunub”, – deyə alim diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və Gənclər üçün Prezident mükafatçısı, Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovun çıxışları dinlənilib. Həmçinin Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər və ÇXR Honkonq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Leinin onlayn çıxışları təqdim olunub.

Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025–2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see365

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see279

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see276

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see261

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see234

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see231

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see231

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see227

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see223

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see217

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see214

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see211

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see208

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see203

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see203

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see181

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see181

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see178

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri