Icma.az
close
up
RU
Azərbaycan elminin baş qərargahı

Azərbaycan elminin baş qərargahı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vikipedik məlumata əsasən, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə ölkə Elmlər Akademiyasının filialı Azərbaycan  EA-ya çevrilib. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, 3 muzeyi, mərkəzi elmi kitabxanası, yerlərdə elmi bazaları var idi.  Azərbaycan EA-ya 15 həqiqi üzv seçildi və respublikanın ali elmi idarəsi fəaliyyətini daha da genişləndirdi, intellektual dəyərlər milli sərvətə çevrilməyə başladı.
AMEA-nın vitse-prezidenti Azərbaycanda kimya elminin inkişafında, bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rolu olan görkəmli alim, Dövlət mükafatı laureatı, , “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, “Şöhrət” ordenli akademik Tofiq Nağıyevlə söhbətimiz 80 yaşlı AMEA-nın keçdiyi şərəf yolu, hazırda görülən işlər barədədir. 
– Tofiq müəllim, məlumdur ki, bu  il  Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Yubiley münasibətlə rəhbərlik etdiyiniz Milli Ensiklopediyanın xüsusi buraxılışı nəzərdə tutulurmu?
– Bəli, Azərbaycanın ən böyük elm məbədi sayılan AMEA-nın 80 illik yubileyi mühüm elmi və mədəni hadisə kimi ölkəmizdə qeyd ediləcək. Əlbəttə ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi AMEA-nın nəzdində fəaliyyət göstərən bir qurum kimi bu möhtəşəm yubileyə xüsusi diqqətlə yanaşacaq.        
Xatırladım ki, 2008-ci ildə çap olunmuş ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildində AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri, elmi nailiyyətləri, həmçinin bu sahədə fəaliyyət göstərən görkəmli alimlərin yaradıcılığı əks etdirilmişdir. Həmin nəşrdə “Elm. Texnika. Təhsil” bölməsi çərçivəsində “Təbiət və texnika elmləri” və “Humanitar elmlər və biliklər” mövzuları altında təqdim edilən məqalələrdə ölkəmizdə elmin müxtəlif sahələrinin formalaşması və inkişafı geniş şəkildə işıqlandırılmışdır. Həmçinin AMEA-nın strukturunda yer alan elmi-tədqiqat institutlarının fəaliyyəti və onların töhfələri haqqında dolğun məlumatlar verilmişdir. Düşünürəm ki, həmin materiallardan istifadə etməklə, eyni zamanda, yubileyin əhəmiyyətini əks etdirən önəmli məlumatlar daxil olunmaqla xüsusi yubiley buraxılışını hazırlayacağıq. Güman edirəm ki, bu nəşr, həm AMEA-nın tarixi nailiyyətlərini, həm də onun Azərbaycan elminə və cəmiyyətinə verdiyi töhfələri əks etdirərək yubileyin əhəmiyyətini daha da artıra bilər.
– Ötən ilin oktyabr ayında dövlət başçısı tərəfindən Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.  Ensiklopediyanın növbəti cildinin çapı nə yerdədir? Yeni cilddə hansı yeniliklər gözlənilir? 
– Əvvəla onu bildirim ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin tərkibinə yenidən baxılması ilə əlaqədar uzun müddət idi ki, müzakirələr aparılırdı. Biz əvvəlki tərkibin yenilənməsi üçün  zəruri kriteriyalar əsasında yeni təkliflər hazırladıq və dövlət başçısına təqdim etdik. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Redaksiya Heyətinin yeni tərkibi təsdiq edildi. Bu qərar ensiklopediyanın növbəti nəşrlərinin daha peşəkar və zəngin məlumatlar əsasında hazırlanacağına zəmin yaradır.
Növbəti cildlərin nəşrinə gəlincə, Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlansa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən  fəaliyyətimizdə müəyyən fasilələr yarandı. Lakin o çətin günlərdə belə, biz X cildin vaxtında çapdan çıxmasını təmin etdik, eyni zamanda, növbəti cildlərin hazırlanmasını davam etdirdik. Elə həmin il sentyabrın 27-də Azərbaycan xalqının tarixində iz qoyan mühüm bir hadisə baş verdi – İkinci Qarabağ Müharibəsi başladı.  Milli qürurumuzun təntənəsinə çevrilən möhtəşəm Zəfər bizim qarşımızda  yeni məsuliyyət, müqəddəs vəzifələr qoydu. Birmənalı olaraq, nəşrə hazır cildlərə yenidən baxılmalı, bu tarixi hadisə ilə bağlı baş verən bütün dəyişikliklər kitablarda əksini tapmalı idi. Odur ki, vaxt itirmədən növbəti nəşrlərin üzərində yenidən işləməyə başladıq və bu istiqamətdə işlər indi də davam edir. 
 Hazırda milli ensiklopediyanın yenidən işlənmiş növbəti XI cildi çap prosesindədir. Nəticə olaraq qeyd edim ki, yeni cildlərdə Azərbaycanın tarixi Zəfəri ilə bağlı mühüm məqamlar yer alacaq. Ensiklopediyanın məzmunu daha da zənginləşdiriləcək, yeni nəşrlər milli kimliyimizi, qürurumuzu əks etdirəcək.
Əlavə olaraq deyim ki, 2025-ci ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ensiklopediya üçün məqalələrin hazırlanması prosesi sürətlə davam edir. 
– Bəs ensiklopediya digər dillərə tərcümə olunacaqmı?
–  Tərcümə məsələsinə gəlincə, biz 2012-ci ildə ensiklopediyanın rus dilində “Azərbaycan” adlı xüsusi cildinin nəşrinə nail olmuşuq. Lakin məlumdur ki, ensiklopediyanın tərcüməsi yüksək peşəkarlıq və təcrübə tələb edən bir işdir. Xüsusilə, ingilis dilində tərcümə üçün mükəmməl baza olmalıdır. Təbii ki, biz bu istiqamətdə də işlərimizi davam etdiririk. 
 – Bu gün Azərbaycanda alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərin praktikada tətbiqi sahəsində  müəyyən problemlər var. Bu barədə fikir və təkliflərinizi eşitmək istərdik.
– Bilirsiniz ki, alim və mütəxəssislərin qazandıqları nailiyyətlərin praktikada tətbiqi, yəni elmin kommersiyalaşdırılması, həmin nailiyyətlərin əhəmiyyəti və perspektivləri ilə birbaşa bağlıdır.  Elmi nailiyyətlərin praktikada daha geniş tətbiqi üçün lazımi infrastruktur və yetərli resurslar olmalıdır. Düşünürəm ki, bu sahədə olan problemlərin həlli üçün elm və biznes arasında əlaqələrin gücləndirilməsi, investisiya və dəstək mexanizmlərinin təkmilləşdirilməsi, patent və müəllif hüquqlarının qorunması, eyni zamanda, elmi nailiyyətlərin tanıdılması və tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir.  
Lakin nəzərə almaq lazımdır ki, elmin kommersiyalaşdırılması təkcə alimlərin deyil, sahibkarların və cəmiyyətin birgə fəaliyyəti ilə mümkün olacaq bir prosesdir. Təklif edilən mexanizmlərin düzgün tətbiqi bu sahədə ciddi irəliləyişlərə yol aça bilər.
– Bəzən kimyanın cəmiyyətin, insanların həyatında rolu kifayət qədər qiymətləndirilmir. Hətta bu elmi dünyada böyük ekoloji problemlərin, bir çox xəstəliklərin mənbəyi hesab edirlər. Lakin, eyni zamanda, bu gün bəşəriyyət kimyadan sağlam ətraf mühit, unikal enerji mənbələri, effektiv dərman preparatları gözləyir. İstərdik ki, bu kimi mülahizələrə münasibət bildirsəniz. 
– Bu gün deyə bilmərik ki, kimya elminin cəmiyyətdəki rolu yetərincə qiymətləndirilməyib.  Əgər belə olsaydı, dünya miqyasında böyük sənaye şəhərləri, texnologiya mərkəzləri və müasir innovativ qurğular yaranmazdı.  Ekologiyaya gəlincə, müasir dövrdə dünya miqyasında “0” tullantı  üzrə çox böyük beynəlxalq layihələr həyata keçirilir. Əlavə olaraq qeyd edim ki, Azərbaycanda bu istiqamətdə tədqiqatların əsası təxminən 1970-ci illərdə qoyulmuşdur. Hazırda dünya miqyasında qəbul olunmuş “yaşıl kimya” üzrə tədqiqatlara respublikamızda elə həmin dövrlərdə başlanmışdı.  
Məlumdur ki, Azərbaycanda mühüm tarixi əhəmiyyəti olan COP29 tədbiri yüksək səviyyədə keçirildi. Əminliklə deyə bilərik ki, dünyanın əksər ölkələrinin iştirak etdiyi bu mötəbər beynəlxalq toplantı Azərbaycanın ekoloji problemlərinin həlli istiqamətində göstərdiyi səylərin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini təsdiq edir. Çünki respublikada ekoloji problemlər dövlətin nəzarəti altında olmasaydı, belə bir qlobal tədbirin təşkili mümkün olmazdı. 
Nəhayət, qeyd edim ki, 80 yaşlı akademiyamızın həm kimya, həm də digər bütün sahələr üzrə sanballı nailiyyətləri var və alimlərimiz elm naminə fədakarlaqlarını bundan sonra da artırmaq əzmindədirlər. 
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Nərgiz QƏHRƏMANOVA,  
AMEA Rəyasət Heyəti 
aparatının sektor müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri