Icma.az
close
up
RU
İsrail hərbi cəbhələrlə seçki sandığı arasında...

İsrail hərbi cəbhələrlə seçki sandığı arasında...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail eyni vaxtda üç mürəkkəb istiqamətdə mübarizə aparır: İran və onun regional müttəfiqlərindən gələn təhlükəni məhdudlaşdırmağa, Fələstin məsələsində artan beynəlxalq təzyiqi azaltmağa və ölkə daxilində yaxınlaşan seçkilərə hazırlaşmağa çalışır. Bu istiqamətlər artıq bir-birindən ayrı deyil. Qəzzada verilən hərbi qərarlar İsrailin xarici münasibətlərinə, İranla qarşıdurma isə seçicilərin hökumətə münasibətinə birbaşa təsir göstərir.

Xarici siyasətdə İsrailin əsas təhlükəsizlik hədəfi İran olaraq qalır. Tehranla qarşıdurma yalnız iki dövlət arasında raket mübadiləsi ilə məhdudlaşmır; Livandakı “Hizbullah”, Yəməndəki Husilər və digər silahlı qruplar da bu mübarizənin müxtəlif cəbhələrini təşkil edir. Husilərin Bab əl-Məndəbə yaxınlaşması İsrailin Eylat limanına gedən dəniz yolunu təhdid edir. İsrail buna görə İranın enerji və hərbi infrastrukturuna zərbə endirmək imkanını açıq saxlayaraq çəkindirmə siyasəti yürüdür, lakin yeni hücum bütün regionu daha geniş müharibəyə sürükləyə bilər.

İsrailin ənənəvi müttəfiqləri ilə münasibətlərində də ciddi fərqlər yaranır. ABŞ İsrailin əsas hərbi və siyasi dayağı olaraq qalır, lakin bir sıra Avropa dövlətləri İordan çayının qərb sahilindəki məskunlaşmalara qarşı iqtisadi tədbirlərə keçirlər. İsrail bu addımları birtərəfli və siyasi təzyiq kimi təqdim etsə də, Avropada formalaşan mövqe Təl-Əvivin diplomatik imkanlarını daraldır. Vaşinqtonun bu tədbirlərə qoşulmaması İsrailə müəyyən manevr sahəsi versə də, Qərb daxilindəki fikir ayrılığı getdikcə görünən xarakter alır.

Fələstin məsələsində əsas düyün yenə Qəzzadır. Atəşkəs razılaşmasına baxmayaraq, qarşılıqlı ittihamlar və hava zərbələri davam edir, mülki itkilər isə beynəlxalq reaksiyanı gücləndirir. HƏMAS-ın tərksilahı, İsrail qüvvələrinin çıxarılması və Qəzzanın gələcək idarəetmə modeli üzrə real irəliləyiş yoxdur. İsrail hökumətində də fələstinlilərin gələcəyi ilə bağlı vahid mövqe mövcud deyil: ifrat sağçı nazirlər köçürülmə ideyasını müdafiə etdiyi halda, Xarici İşlər Nazirliyi kütləvi deportasiyanın rəsmi dövlət siyasəti olmadığını bildirir.

Bu ziddiyyətlər oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkilərinin əsas mövzularına çevrilir. Benyamin Netanyahu özünü İran qarşısında dayana və ölkənin təhlükəsizliyini qoruya biləcək təcrübəli lider kimi təqdim etməyə çalışacaq. Müxalifət isə hücumlarının qarşısının alınmaması, Qəzza müharibəsinin uzanması, girovlar məsələsi, iqtisadi itkilər və ultraortodoksların hərbi xidmətdən azad edilməsi kimi problemləri hökumətə qarşı istifadə edəcək. Buna görə seçkilər təkcə partiyalar arasında deyil, təhlükəsizlik siyasətinin hansı istiqamətdə davam etdiriləcəyi üzərində mübarizə olacaq.

Seçkilərin nəticəsi İsrailin həm Fələstin, həm də regional siyasətinin gələcəyini müəyyən edə bilər. Netanyahu və sağçı müttəfiqləri qalib gəlsələr, Qəzzada sərt xəttin, Qərb sahilində məskunlaşmaların və İrana qarşı hərbi təzyiqin davam etməsi mümkündür. Mərkəzçi qüvvələrin üstünlük qazanması isə ABŞ və Avropa ilə diplomatik koordinasiyanın gücləndirilməsinə, Fələstin məsələsində daha praqmatik yanaşmaya yol aça bilər. Lakin hansı hökumətin qurulmasından asılı olmayaraq, təhlükəsizliklə siyasi həll arasında tarazlıq yaradılmadan İsrailin həm regional təcriddən, həm də davamlı müharibə vəziyyətindən çıxması çətin olacaq.

Alim Nəsirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri