Icma.az
close
up
RU
Azərbaycan elminin Zəfər yolu

Azərbaycan elminin Zəfər yolu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.

                                            Ümummilli lider  Heydər ƏLİYEV

Azərbaycanda bu il növbəti dəfə Elm Günü qeyd olunur. Bu dəfəki elm bayramı ölkəmizdə digər mühüm hadisələrlə üstü-üstə düşdüyünə görə daha böyük əhəmiyyət kəsb edir, xüsusi məna daşıyır. 

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsilin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, inkişaf etdirilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün ölkəmizdə elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycan elminin dünya elminə inteqrasiyası, cəmiyyətdə alim və ziyalıların nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 

Dövlət başçısı İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda Elm Günü kimi təsis olunub. Ölkə rəhbərinin bu sərəncamı Azərbaycanda elm sahəsində fəaliyyət göstərən alim və ziyalıların, ümumiyyətlə, ölkə ictimaiyyətinin sevincinə səbəb olub. Elm Gününün təsis olunması dövlət başçısının elmə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu gün hər kəsin diqqətinin elm sahəsinə yönəlməsi, uğurlu əməkdaşlıq əlaqələrinin qurulması, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsi, həmçinin ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılması üçün geniş imkanlar yaradır.

Bu əlamətdar gün ölkə elm və təhsil ictimaiyyəti tərəfindən “elm bayramı” kimi yüksək səviyyədə qeyd edilir. Azərbaycanda elmin inkişafı istiqamətində qəbul edilən dövlət proqramları, imzalanan müxtəlif fərman və sərəncamlar elmi ictiamiyyətin, müvafiq dövlət qurumlarının qarşısına konkret ciddi vəzifələr qoyur. Elm Günü təkcə akademik nailiyyətlərin qeyd edilməsi deyil, həm də elmi biliklərin təbliği və innovativ ideyaların reallaşdırılması üçün də yeni fürsətlər təqdim edir.  

AMEA-nın yaranma tarixi ölkə tariximizdə ən önəmli günlərdən biridir. Məhz bu səbəbdən Elm Gününün Akademiyanın yarandığı günlə üst-üstə düşməsi rəmzi məna daşıyır. 2025-ci ildə AMEA-nın 80 illik yubileyinin qeyd olunması elmi nailiyyətlərimizin ölkə və dünya ictimaiyyətində geniş təbliği və alimlərimizin əldə etdikləri mühüm nailiyyətlərin dəyərləndirilməsi baxımından böyük önəm daşıyır. Bu yubiley, eyni zamanda, ölkəmizdə elmin gələcək inkişafı, gənc tədqiqatçıların elmə cəlb olunması üçün yeni perspektivlər açır.

Azərbaycan Elmlər Akademiyası 27 mart 1945-ci ildə təsis olunub, 15 nəfərdən ibarət ilk təsisçiləri müəyyənləşdirilib. 31 mart 1945-ci ildə Akademiyanın ilk Ümumi yığıncağı keçirilib və iclasda AEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi seçilib, Rəyasət Heyətinin 5 nəfərdən ibarət ilk tərkibi formalaşdırılıb.

1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərin əldə edilməsinə başlanılıb. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda elm, təhsil, mədəniyyət və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyub, bu sferaların inkişafına xüsusi qayğı göstərib.

İlk dəfə olaraq AMEA-nın 30 illik yubileyi 1975-ci il ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı nəticəsində qeyd olunub. Sonrakı mərhələdə isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005 və 2015-ci illərdə AMEA-nın 60 və 70 illik yubileyləri dövlət səviyyəsində keçirilib. 

Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Akademiya yeniləşmə və təşkilatlanma dövrünə qədəm qoyub. Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2001-ci ildə bu elm ocağına “Milli” statusu verilib.

Ölkə Prezidenti İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, AMEA yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçib, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb: “Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi iclasında çıxışı zamanı bu mühüm dövlət sənədinin Azərbaycan elminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd olunub ki, dövlət başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də Akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir. 

Bundan başqa, Prezident İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf etməsi ilə daha əlamətdardır.

Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və həmin ilin noyabr ayında Azərbaycanın BMT-nin İq­lim Də­yi­şik­lik­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın Tə­rəf­lər Konf­ran­sı­nın 29-cu ses­si­ya­sına (COP29) ev sahibliyi etməsi ölkəmizdə elm və ətraf mühitin qorunması arasındakı bağlılığı bir daha sübut etmişdir. COP29 çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Azərbaycan elminin inkişafı üçün yeni perspektivlər açmışdır. 

AMEA bu gün akademik İsa Həbibbəylinin rəhbərliyi altında öz fəaliyyətini uğurla davam etdirir. Bu elm ocağında gənclərin elmə cəlb olunması, onların əməyinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır. Cari ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında bildirilib ki, hesabat ilində AMEA-nın elmi bölmələri üzrə elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılmışdır. 2024-cü il­də el­mi mü­əs­si­sə­lər­də ça­lı­şan alim­lər tə­rə­fin­dən 521 ki­tab və mo­noq­ra­fi­ya, 118 dərs­lik, 3561-i xa­ric­də (bun­lar­dan 1192-si Web of Sci­en­ce və Sco­pus ba­za­la­rı­na da­xil olan im­pakt fak­tor­lu jur­nal­lar­da) ol­maq­la 9245 mə­qa­lə və te­zis nəşr et­di­ril­miş, el­mi iş­çi­lə­rin əsər­lə­ri­nə 45507 is­ti­nad olun­muşdur.

11 gün ər­zin­də Bakıda ke­çi­ri­lən COP29 tədbirində AMEA-nın pre­zi­den­ti, Rə­ya­sət He­yə­ti­nin üzv­lə­ri, el­mi mü­əs­si­sə və təş­ki­lat­la­rın rəh­bər­lə­ri, mü­tə­xəs­sis­lə­ri həm yer­li, həm də bey­nəl­xalq sə­viy­yə­li ic­las­lar­da mə­ru­zə­lər­lə çı­xış­lar etmiş, mü­va­fiq mə­qa­lə­lər dərc etdirmiş, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də gedən mü­za­ki­rə­lər­də, də­yir­mi ma­sa­lar­da, döv­lət tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər­də fəal iş­ti­rak etmişlər. AMEA-nın Rə­ya­sət He­yə­tin­də COP29-un ye­kun­la­rı­na həsr olun­muş ic­las ke­çi­ril­miş, ic­las­da mü­va­fiq qə­rar­lar qə­bul olunmuşdur.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Akademiya tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmiş, elmi bölmələr, elmi müəssisələr və təşkilatlar tərəfindən ümumilikdə 71 tədbir təşkil olunmuş, 30 kitab, 32 məqalə hazırlanmışdır.

İnanırıq ki, Azərbaycan elminin önündə gedən alimlərimiz, ziyalılarımız bundan sonra da dövlət başçısının çağırışlarını, dünya elminin tendensiyalarını və Azərbaycan dövlətinin prioritetlərini, milli maraqlarını nəzərə alaraq təkcə ölkə elminin deyil, bütövlükdə dövlətimizin inkişafına mühüm töhfələr verəcəklər. Onların zəhməti və əzmkarlığı zəngin elmi irsimizin qorunub saxlanmasına, yeni elmi nailiyyətlərin qazanılmasına səbəb olacaq.

Ömrünü elmə həsr etmiş, ölkəmizdə elmi məktəblər yaratmış görkəmli alimlərimizi, gənc tədqiqatçılarımızı, elmlə məşğul olan hər kəsi Elm Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gündə onlara yaradıcılıq uğurları, elmi fəaliyyətlərində müvəffəqiyyət və daim yeniliklərə açıq olmağı arzulayırıq!

Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr,
mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Mart 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri