Icma.az
close
up
RU
Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Enerji Həftəsi artıq təkcə enerji sektoruna həsr olunmuş beynəlxalq tədbir deyil, qlobal enerji siyasətinin əsas istiqamətlərinin müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib. Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində keçdiyi inkişaf yolu da bunu təsdiqləyir. Tədbirə dünyanın aparıcı dövlətlərinin xüsusi diqqət göstərməsi Azərbaycanın beynəlxalq enerji sistemində tutduğu yerin göstəricisidir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirlə bağlı məktubları da onu göstərir ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi qəbul olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri son illər neft və qaz sənayesinə qarşı aparılan yanaşmalara münasibət idi. Uzun müddət bəzi dairələr tərəfindən ənənəvi enerji resurslarının gələcəyinin olmadığı barədə fikirlər səsləndirilsə də, son geosiyasi hadisələr bunun reallığı əks etdirmədiyini göstərdi. Avropada enerji böhranı, qlobal bazarlarda qeyri-sabitlik və artan tələbat bir daha sübut etdi ki, dünya iqtisadiyyatı hələ uzun illər neft və qaz olmadan fəaliyyət göstərə bilməyəcək. Azərbaycanın yanaşması isə məhz bu reallığa əsaslanır. Rəsmi Bakı enerji təhlükəsizliyi ilə yaşıl enerji keçidini bir-birinə qarşı qoymur. Bir tərəfdən yeni qaz layihələri, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” layihəsi vasitəsilə hasilat imkanlarını genişləndirir, digər tərəfdən isə bərpaolunan enerji sahəsinə böyük investisiyalar yatırır. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması hədəfi Azərbaycanın uzunmüddətli enerji strategiyasının tərkib hissəsidir. Dövlətimizin başçısının çıxışının mühüm hissəsi Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yoluna həsr olunmuşdu. Əslində, Prezident İlham Əliyev enerji siyasətinin nəticələrini konkret faktlar üzərindən nümayiş etdirdi. 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal altında olan, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi yaşayan, elektrik enerjisi və qaz idxal edən, yoxsulluq səviyyəsi 50 faizdən artıq olan Azərbaycan bu gün tamamilə fərqli reallıqla üz-üzədir. Yoxsulluğun təxminən 5 faizə enməsi, işsizliyin minimum səviyyəyə düşməsi, xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi və strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfə üstələməsi enerji gəlirlərinin düzgün idarə olunmasının nəticəsi kimi təqdim edildi. Bu mənada Azərbaycan nümunəsi təbii sərvətlərin yalnız gəlir mənbəyi deyil, düzgün idarəçilik şəraitində dövlət quruculuğunun əsas alətinə çevrilə biləcəyini göstərir.

“Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu coğrafiyanın genişlənməsi davam edir. TANAP və TAP kimi layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan Xəzər dənizinin şərq sahilində yerləşən ölkələr üçün də vacib tranzit platformasına çevrilir. Bu proses enerji siyasətinin uğurlu diplomatiya ilə tamamlandığını göstərir. Enerji və nəqliyyat infrastrukturlarının paralel inkişafı Azərbaycanın Avrasiya məkanında geoiqtisadi əhəmiyyətini daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan enerji ehtiyatlarını, sadəcə, iqtisadi resurs kimi deyil, beynəlxalq nüfuzun, regional liderliyin və uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir. Məhz buna görə də ölkənin son 30 ildə formalaşdırdığı enerji modeli bu gün oxşar çağırışlarla üzləşən bir çox dövlət üçün maraqlı təcrübə nümunəsi kimi çıxış edir”, - deyə Fərid Şahbazlı vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri