Icma.az
close
up
RU
Azərbaycan gənci ona göstərilən etimadı yüksək dəyərləndirir ŞƏRH

Azərbaycan gənci ona göstərilən etimadı yüksək dəyərləndirir ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Heç kəsə sirr deyil ki, hər bir xalqın davamlı və xoşbəxt gələcəyinin təmin olunması ilk növbədə gənc nəslin düzgün yetişdirilməsi, gənclərin milli-mənəvi dəyərlərə, doğma dillərinə, adət-ənənələrinə olan dərin hörməti ilə bağlıdır. Azərbaycan gəncliyi hər zaman ölkəmizin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak edib, Vətənə, dövlətə bağlılığını, eləcə də Vətənin qorunmasınınən ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəmişdir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olmuşdur. Ümummilli Lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirmişdir.

Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atıldı, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin, dövlətin əsas resursu kimi, təlim-tərbiyyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.

Onu da qeyd edim ki, həmin il Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Ulu Öndər Heydər Əliyevin gənclərə olanetimadı, inamının yüksəkliyi Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlədə yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident sarayında gənclərlə Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş keçirilən görüşdə Ulu Öndər gənclərin müracitinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Görülən işlərin davamı olaraq Azərbaycan Prezidentinin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Həyata keçirilən ardıcıl tədbirlərin məntiqi sonluğu olaraq, gənclərin fəaliyyəti qanunvericilkdə də öz əksini tapdı. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi 09 aprel 2022-ci il tarixində “Gənclər siyasəti haqqında” Qanunu qəbul etdi.

Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qəhrəmancasına vuruşan igid gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 19 dekabr 2011-ci il tarixində yaradılan, daha sonra 2018-ci ildə yenidən təşkil edilən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihələrini qrant şəklində maliyyələşdirərək onların müasir dövrün çağırışlarını daha yaxşı qarşılamağa dəstək olur.

Nəzərə alsaq ki, gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.

Bu baxımdan, Dördüncü Sənaye İnqilabının gətirdiyi yeni düzəndəAzərbaycanın rəhbərliyi ilə bir sıra beynəlxalq təsisatların Gənclər Şəbəkəsinin yaradılması ölkəmizingünümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas hədəfi olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir.

Təsadüfi deyil ki, son illərdə Azərbaycan gəncliyi özünü beynəlxalq platformalarda, xüsusilə “2030 Gündəliyi”nin icrasında yüksək səviyyədə təqdim etməyi bacarıb. Noyabrın 11-22 tarixlərində Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən, təqribən 7000 insanın ziyarət etdiyi “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub.

COP29-un uğurlu təşkili və keçirilməsində Azərbaycan gəncliyi könüllülük hərəkatı çərçivəsində də fəal iştirak ortaya qoydu. Bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olmuşdur.

Əminliklə deyə bilərik ki, dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” İnanırıq ki, Azərbaycanın gənclər ordusu göstərilən etimadı yüksək dəyərləndirərək, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək,dünyada Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, idmanının düzgün təbliğ olunmasında səylərini əsirgəməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri