“Azərbaycan enerji strategiyasında növbəti mərhələyə keçib“ DEPUTAT DANIŞDI
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bakıda “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının, enerji təhlükəsizliyi konsepsiyasının növbəti mərhələyə keçidini ifadə edən mühüm hadisədir”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Azər Kərimli bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı bu layihənin texniki göstəricilərindən daha çox, onun siyasi, iqtisadi və strateji məzmununu aydın şəkildə ortaya qoyur:
“240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payının sistemli şəkildə artırıldığını göstərir. Dörd il əvvəl təməli qoyulan layihənin uğurla tamamlanması bir tərəfdən ölkədə planlaşdırma və icra intizamının möhkəmliyini, digər tərəfdən isə beynəlxalq investorların Azərbaycana olan etimadının real nəticəyə çevrildiyini təsdiqləyir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bu layihədə investor kimi iştirakı təsadüfi deyil. Dünyada bərpaolunan enerji sahəsində aparıcı mövqelərdən birini tutan bu şirkətin Azərbaycanda ilk layihəsini məhz külək enerjisi sahəsində reallaşdırması ölkənin yaşıl enerji gündəliyinin beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.
Bu layihə həm də Azərbaycanın enerji siyasətində balanslı yanaşmanın qorunduğunu sübut edir. Prezidentin vurğuladığı kimi, ənənəvi və bərpaolunan enerji generasiyası paralel şəkildə inkişaf etdirilir. Mingəçevirdə istifadəyə verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyası ilə yanaşı, günəş və külək stansiyalarının ardıcıl şəkildə işə salınması enerji təhlükəsizliyinin yalnız bir mənbədən asılı qalmadan təmin edildiyini göstərir. Bu model Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da genişləndirir və ölkəni regional enerji mərkəzinə çevirir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın coğrafi və təbii üstünlüklərinin strateji resursa çevrilməsidir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi, qarşıdakı illərdə ölkənin qlobal yaşıl enerji bazarında mühüm oyunçuya çevrilə biləcəyini göstərir. Bu potensial təkcə elektrik istehsalı ilə məhdudlaşmır, eyni zamanda yüksək enerji tutumlu sahələrin də Azərbaycana cəlb olunması üçün ciddi əsas yaradır.
Enerji infrastrukturunun modernləşdirilməsi məsələsi də çıxışda xüsusi yer tutur. Son 20 ildə generasiya güclərinin üç dəfə artması, yarımstansiyaların və ötürücü xətlərin tam yenilənməsi ölkənin enerji sisteminin dayanıqlığını təmin edib. Bununla yanaşı, bərpaolunan enerjinin artan payı yeni çağırışlar da yaradır və bu çağırışlara cavab olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması strateji baxımdan son dərəcə əhəmiyyətlidir. İlk dəfə olaraq 250 meqavatlıq belə bir sistemin qurulması Azərbaycanın enerji idarəçiliyində yeni mərhələyə keçdiyini göstərir.
Azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələri isə bu prosesə əlavə siyasi və sosial məna qazandırır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən günəş və kiçik su elektrik stansiyaları həmin bölgələrin “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində inkişaf etdirildiyini göstərir. Enerji infrastrukturunun vahid şəbəkə ilə bütün ölkəni əhatə etməsi, enerji axınının istənilən istiqamətdə idarə olunması Azərbaycanın texnoloji və idarəetmə imkanlarının yüksəldiyini sübut edir.
Prezidentin investisiya iqlimi ilə bağlı səsləndirdiyi rəqəmlər enerji layihələrinin daha geniş iqtisadi kontekstdə qiymətləndirilməsinə imkan verir. 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi, aşağı xarici borc səviyyəsi və yüksək valyuta ehtiyatları Azərbaycanın maliyyə dayanıqlığını göstərən əsas indikatorlardır. Kredit reytinqlərinin yüksəldilməsi isə beynəlxalq maliyyə institutlarının bu sabitliyə verdiyi obyektiv qiymətdir. Bu amillər enerji sektoruna yatırılan investisiyaların uzunmüddətli və təhlükəsiz olduğunu təsdiqləyir.
Bütövlükdə isə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji strategiyasında növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu hadisə ölkənin bərpaolunan enerji sahəsində iddialı planlarının real icra müstəvisinə keçdiyini, enerji təhlükəsizliyinin iqtisadi inkişaf və geosiyasi etibarlılıqla birgə təmin olunduğunu göstərir. Azərbaycanın “sözümüz imzamız qədər dəyərlidir” prinsipi əsasında qurulan enerji siyasəti isə onu regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi möhkəmləndirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















