Icma.az
close
up
RU
Azərbaycan Ermənistan sərhədinin açılması GÖZLƏNİLİR

Azərbaycan Ermənistan sərhədinin açılması GÖZLƏNİLİR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin başlanmasını sülh prosesinin iqtisadi təməli kimi qiymətləndirmək olarmı?

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, iqtisadi münasibətlər təbii ki, siyasi münasibətlərin əsasını təşkil edir.

Onun sözlərinə görə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması perspektivləri açılır:

“Məlumdur ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycan Ermənistana yönəlik sülh təklifi ilə çıxış etdi. Həmin dövrdən etibarən bu siyasət tərəfimizdən ardıcıl şəkildə davam etdirilir.

Təəssüflər olsun ki, uzun müddət ərzində Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Amma 8 avqust tarixində Vaşinqtonda imzalanmış çərçivə sülh razılaşmasından sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə yekun sülh müqaviləsinin imzalanması perspektivləri açılıb.

Qeyd etdiyim kimi, Azərbaycan hələ 2020-ci ilin sonlarından etibarən sülh təşəbbüsləri ilə çıxış edib və bu istiqamətdə ardıcıl addımlar atmaqdadır. Ermənistan tərəfinə bir sıra jestlər də olunub.

Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstanda səfərdə olarkən elə oradan verdiyi bəyanatda Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzitinə razılıq verildiyini bildirdi.

30 il ərzində, torpaqların işğal altında olduğu müddətdə Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin keçirilməsi ilə bağlı bir məhdudiyyət qoyulmuşdu. Bu, qüvvədə olan məhdudiyyətin aradan qaldırılması demək idi və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana yönəlik bir jest idi.

Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da göndərldi və tərəflər arasında müəyyən ticarət dövriyyəsi formalaşmağa başladı. Məlumdur ki, iqtisadi münasibətlər siyasi əlaqələrin əsasını təşkil edir. Bu baxımdan, Azərbaycan atdığı addımlarla bir daha göstərir ki, regionda hərtərəfli münasibətlərin qurulmasında maraqlıdır”.

Deputat vurğulayıb ki, Azərbaycanın region ölkələri ilə siyasətinin əsas prioriteti dayanıqlı sülh və sabitlik şəraitində birgə yaşayışın təmin olunmasıdır:

“Biz bütövlükdə əsas siyasətimizi region ölkələri ilə dayanıqlı, sabit və sülh şəraitində birgə yaşamağa yönəltmişik.

Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir. Bu istiqamətdə fəaliyyət və siyasət, o cümlədən Ermənistanla münasibətlər kontekstində, davam etdirilir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və bu öhdəliklər mütləq şəkildə yerinə yetirilməlidir.

Azərbaycana qarşı ərazi iddiaları, konstitusion müddəalar aradan qaldırılmalı, delimitasiya və demarkasiya prosesi normal məcrada başa çatdırılmalıdır. Bundan əlavə, Ermənistanın yerinə yetirməli olduğu bir sıra digər tələblər də mövcuddur.

Təbii ki, Azərbaycan bu şərtlər müqabilində Ermənistanla normal sülhə nail olmağın tərəfdarıdır. Bu kontekstdə iqtisadi münasibətlərin də inkişafı vacibdir”. Arzuxan Əlizadə qeyd edib ki, gələcəkdə problemlər aradan qaldırılacağı təqdirdə təbii ki, Azərbaycan–Ermənistan sərhədinin açılması da gözlənilir:

“Bizim təklif etdiyimiz layihələr çərçivəsində, o cümlədən Zəngəzur dəhlizinin adından asılı olmayaraq, müvafiq tranzit layihələrinin həyata keçirilməsi Ermənistanı da tranzit ölkəyə çevirə bilər. Azərbaycan Naxçıvanla Ermənistan ərazisindən keçməklə böyük bir layihənin reallaşdırılmasını hədəfləyir və burada Ermənistanın da çox böyük iqtisadi maraqları olacaq.

İqtisadi münasibətlərin inkişafı və logistik imkanların açılması Azərbaycan ilə Ermənistan arasında sülhün və normal qonşuluq münasibətlərinin formalaşmasının əsas elementlərindəndir.

Bu kontekstdə birmənalı olaraq ticari-iqtisadi münasibətlərin və logistik əlaqələrin qurulması bölgədə dayanıqlı sülhə aparan yoldur və iki ölkə arasında münasibətlərin sülh çərçivəsində inkişafı üçün əhəmiyyətli addımlardan biridir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri