Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Azərbaycan Ermənistan sülh prosesi: İrəvan maneələri aradan qaldıra biləcək?

Azərbaycan Ermənistan sülh prosesi: İrəvan maneələri aradan qaldıra biləcək?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Ermənistan arasında 17 bəndlik sülh sazişi layihəsinin mətni bu ilin mart ayında tam şəkildə razılaşdırılıb. Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan etsə də, rəsmi Bakı regionda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması üçün qarşı tərəfin daha iki şərtə əməl etməli olduğunu açıqlayıb. Bunlar Ermənistan konstitusiyasının dəyişdirilməsi və artıq de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvi ilə bağlı birgə müraciətin edilməsidir. Əslində İrəvan həqiqi sülh istəyindədirsə, bu şərtləri yerinə yetirməlidir. Birincisi ona görə ki, bu ölkənin konstitusiyasında Azərbaycana və münasibətlər qurmaq, sərhədləri açmaq istədiyi Türkiyəyə qarşı ərazi iddiaları var. Münasibətlərin bərpası, diplomatik əlaqələrin qurulması, ən əsası etimadın formalaşması üçün bu addımın atılması mütləqdir.

Digər tərəfdən, Minsk qrupunun rəsmi olaraq qalmasının heç bir mənası yoxdur. Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış bir təsisatın münaqişənin mövcud olmadığı halda qalması anlaşılan deyil.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu günlərdə Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. E.Əmirbəyov 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda, sazişin imzalanmasına mane olan amilləri açıqlayaraq, bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə yenidən bəyan edib ki, Azərbaycanla indi sülh sazişini imzalamağa və daha sonra ratifikasiya etməyə hazırdırlar: "Biz regionumuzda sülhlə maraqlanırıq. Müasir tarixdə, son bir neçə il ərzində müharibə yaşamış bir ölkə kimi yalnız sərhədlərimizdə deyil, daha geniş bölgələrdə və dünyada da sülhün bərqərar olmasında maraqlıyıq. Bizim bir sülh gündəmimiz var və bu, Ermənistan Respublikasının əsas prioritetlərindən biridir. Azərbaycanla danışıqlar aparırıq. Sülh sazişi layihəsi üzrə razılığa gəlmişik. İndi bu sülh sazişini imzalamağa və sonra ratifikasiya etməyə hazırıq".

Mirzoyan Ermənistanın Türkiyə ilə də münasibətlərin normallaşmasında maraqlı olduğunu vurğulayıb: “Həmçinin qərb qonşumuz Türkiyə ilə münasibətlərimizi normallaşdırmağa çalışırıq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir neçə gün əvvəl yenə də konstitusiya barədə danışıb. Bildirib ki, ölkənin mövcud reallıqlara uyğun yeni konstitusiyaya ehtiyacı var. Ermənistan konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən tədbirdə Paşinyan deyib ki, xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var. Yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.

Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ötən 30 il ərzində əsas qanunda iki dəfə - 2005-ci il noyabrın 27-də və 2015-ci il dekabrın 6-da - referendum yolu ilə dəyişikliklər edilib. İndi yeni konstitusiyadan söhbət getsə də, hələ ki, konkret addım atılmır və vaxt göstərilmir.

Ölkənin ədliyyə naziri Srbui Qalyanın fikirləri də bunu deməyə əsas verir. Nazir bildirib ki, sənəd layihəsinin mətni hələ hazır deyil: "Hələlik Konstitusiya islahatları üzrə Şura prinsipial əsasları müzakirə edəcək. Bir çox istiqamətlər üzrə müəyyənlik var, başqa məsələlərlə bağlı razılıq hələ yoxdur".

Onun sözlərinə görə, konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, ancaq müddətlər müzakirələrin gedişindən asılıdır. Qalyan qeyd edib ki, layihənin müzakirəsi açıq ola bilər: “Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək”.

Hazırda Ermənistanda siyasi gərginlik hökm sürür. Paşinyan həm revanşist qüvvələr, həm də kilsə ilə mübarizə aparır. Görünən budur ki, həmin qüvvələr ölkədə hakimiyyət çevrilişinə çalışır, din xadimləri birbaşa siyasi proseslərdə iştirak edərək, revanşistlərə dəstək verirlər. Onlar əlbəttə ki, həm də sülh prosesinin irəliləməsinə mane olurlar.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən bildirib ki, Eçmiadzin Kilsəsi (II Qaregin) antixristian, əxlaqsız, antimilli və antidövlət qrupu tərəfindən ələ keçirilib. Onun sözlərinə görə, o, erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.

Xatırladaq ki, mayın sonundan bəri Paşinyan II Qareginə və Erməni Apostol Kilsəsinin arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edərək, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Baş nazir, eyni zamanda, bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.

İstənilən halda, top indi Ermənistan tərəfindədir. Azərbaycan sülh prosesi üçün hər şey edib. Müharibə bitən kimi sülh təşəbbüsü ilə çıxış edib, saziş layihəsinin hazırlanmasında, düzəlişlər edilməsində, nəhayət 17 bəndlik sənədin razılaşdırılmasında əsas rolu oynayıb. İrəvan da üzərinə düşən öhdəlikləri nəhayət yerinə yetirməlidir. Təbii ki, Zəngəzur dəhlizi də, Qərbi azərbaycanlılarla bağlı məsələ də istisna deyil.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “525”ə deyib ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas şərtlərindən biridir. Digər şərt isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır: “Hesab edirəm ki, bu iki şərt, bu iki tələb yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər və artıq bəzi ehtimallara görə, Dubayda tərəflər arasında görüşün keçirilməsi gözlənilir. Hələ rəsmi şəkildə təsdiqlənməsə də, düşünürəm ki, bu görüş regional sülh prosesnə müsbət təsir göstərə bilər. Qardaş Türkiyənin vasitəçiliyini də burada xüsusi qeyd etmək lazımdır. Türkiyə əlindən gələni edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik sistemi bərqərar olsun. Dayanıqlı təhlükəsizlik həm də iqtisadi inkişafı situmullaşdırır. Lakin maraqlıdır ki, sülh prosesləri ilə yanaşı, Ermənistanın silahlanması və digər tərəfdən sülhə əngəl ola biləcək proseslər də müşahidə olunur. Xüsusilə Ermənistanın Baş naziri ilə Apostol kilsəsi arasında olan son qarşıdurmalar heç də yaxşı ssenarilər vəd etmir. Çünki kilsə Ermənistanda elə bir gücə malikdir ki, Nikol Paşinyanı devirə də bilər, ayrı-ayrı güc mərkəzləri kilsədən istifadə edərək öz məqsədlərinə çata da bilərlər. Bu da sülh prosesini yarımçıq qoya bilər. Ona görə də çox ehtiyatla, lakin hədəfi düzgün müəyyənləşdirərək sülh prosesinə yaxınlaşmaq lazımdır”.

Politoloq deyib ki, əgər Baş nazir Nikol Paşinyan erməni Apostol kilsəsinin rəhbərliyində olan şəxsləri kənarlaşdıraraq öz məqsədlərinə nail olsa, bu, sülh prosesinə də müsbət təsir göstərəcək, referendum keçirilərək Ermənistan konstitusiyası da dəyişəcək. Belə olan halda sülh müqaviləsi imzalana, kommunikasiya xətləri açıla, iqtisadi əlaqələr formalaşa bilər. Bu da uzun müddətli və dayanıqlı sülh sistemini gücləndirəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyul 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see770

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see571

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see423

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see272

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see191

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see160

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see152

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see147

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see146

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see133

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see132

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see131

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see129

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see128

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see128

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see127

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see119

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri