Azərbaycan Ermənistana daha 7600 ton neft məhsulu yola salıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycandan gözlənilən yeni neft məhsullarının daşınması fonunda Ermənistanda benzin qiymətlərinin düşməsi gözlənilir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl (1000 ton Qazaxıstandan, 5580 ton Rusiyadan), eləcə də 1210 ton Azərbaycan benzini daşınıb.
Nazir deyib ki, 8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə hazırda yoldadır.
G.Papoyan bildirib ki, Azərbaycandan idaxl olunan 7600 ton neft məhsulları da yoldadır: 6100 ton benzin və 1500 ton dizel yanacağı.
Nazir qeyd edib ki, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki aya nisbətən 1 litr üçün 80 drama qədər azalması gözlənilir.
Gevorq Papoyan vurğulayıb ki, bu inkişaf nəzərə alınmaqla, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışırlar.
Əvvəllər Azərbaycanın Ermənistana ikinci və daha böyük neft məhsulu partiyası göndərəcəyi açıqlanmışdı.
Baxış sayı:94
Bu xəbər 09 Yanvar 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















