Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Azərbaycan Ermənistandakı Aİ missiyasının dayandırılması şərtini qoya bilər Paşinyan hansı qərarı verəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan Ermənistandakı Aİ missiyasının dayandırılması şərtini qoya bilər Paşinyan hansı qərarı verəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Ermənistanda 2 ildir fəaliyyət göstrən, gələn ilin fevralında mandatı başa çatacaq Avropa İttifaqı müşahidə missiyasının sülh danışıqları prosesinə yaratdığı maneələrdən bəhs edib. Ekspert hesab edir ki, əgər İrəvannın müraciəti əsasında missiyanın mandatı yenidən uzadılarsa, əldə olunmuş naliyyətlərə kölgə salacaq.

“AzPolitika” politoloq F. Məmmədovun məqaləsini oxuculara təqdim edir:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası (EUMA) sərhədlərin müəyyənləşdirilməsi prosesində maneəyə çevriləcəkmi?! EUMA-nın tarixi 2022-ci ilin oktyabrında imzalanmış Praqa sazişlərinə gedib çıxır. EUMA cəmi iki ay davam etməli idi, bu müddət ərzində sülh müqaviləsi imzalanmalı idi. Bu, Azərbaycanla razılaşdırılmış qərar idi. Lakin Praqa görüşündən sonra Fransa Prezidenti Qarabağla bağlı qəbuledilməz bəyanatlar verdi və Ermənistanın Baş naziri iki həftə sonra Soçidə Rusiya prezidenti ilə qondarma rejim arasında “Təxirə salınmış status” sülh müqaviləsi planı layihəsini dəstəklədi.

Bu gün EUMA-nın Ermənistanda olması Azərbaycan üçün qıcıqlandırıcıdır, çünki bu missiya Azərbaycana qarşı istifadə olunur. Bununla yanaşı, EUMA həm də Ermənistan hökumətinin münasibətlərdən əl çəkmədiyi Rusiya üçün qıcıqlandırıcıdır.

Bu gün Azərbaycan və Ermənistan arasında faktiki sülh rejimi mövcuddur və bu, EUMA-nın fəaliyyətinin nəticəsi deyil. De-fakto sülh ikitərəfli danışıqların nəticəsidir və Ermənistandan təhlükə gələrsə, EUMA təhlükəni neytrallaşdırmaq üçün gücdən istifadə etməyə mane ola bilməyəcək.

Ermənistan rəhbərliyi mövcud de-fakto sülh rejimini qiymətləndirməli və ikitərəfli formatda danışıqları davam etdirməli, hər fürsətdə üçüncü tərəfləri danışıqlar prosesinə dəvət etməməlidir.

Sülh müqaviləsinin bəndlərindən biri sərhədin müəyyən edilməsi prosesindən bəhs edir və Azərbaycan silahlı qüvvələr və ya qondarma mavi jiletlilər olmasından asılı olmayaraq sərhəddə üçüncü qüvvələrin müşahidəçilərinin olmasına qarşıdır. Məntiq belədir: danışıqlar masasında üçüncü tərəf yoxdursa, deməli, yerdə də heç kim olmamalıdır!

Ermənistanın Baş naziri bu yanaşmadan istifadə edərək Moskvanı 2021-ci ildə özünün Rusiyaya verdiyi Ermənistan-Azərbaycan şərti sərhədindəki dislokasiya yerlərini tərk etməyə razı salıb. İndi növbə EUMA-dadır!

Bu yaxınlarda Paşinyan EUMA nümayəndələrinin sərhədin artıq delimitasiyası və demarkasiyası olan hissələrində görünməyəcəyinə işarə etdi. Yəni belə çıxır ki, EUMA uzun illər Azərbaycanla sərhəddə olacaq... Ermənistan bu yanaşma ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın effektivliyini şübhə altına alacaq və onu iflic vəziyyətinə salacaq. Axı o zaman Azərbaycan da komissiyanın fəaliyyətini davam etdirmək üçün EUMA-nın fəaliyyətinin dayandırılması ilə bağlı şərt qoya bilər...

Amma komissiyanın fəaliyyətində nəticələr var - həm sərhədçilərin dəbilqəsiz və gülləkeçirməz jiletsiz patrul xidməti həyata keçirdiyi razılaşdırılmış ərazi, həm də bütün hüquqi prosedurlardan keçmiş Komissiyanın Əsasnaməsi...

Ermənistan bu günədək gələn ilin fevralında bitəcək EUMA-nın fəaliyyətinin uzadılması tələbi ilə hələ də Aİ-yə müraciət etməyib.

Bununla yanaşı, komissarların yeni tərkibi formalaşandan sonra Aİ-nin özündə də maraqlı proseslər gedir. Belə çıxır ki, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün büdcəsini azaldıb və 2025-ci ildə məhdudiyyətlər gözlənilir...

Yeni Ali Nümayəndə Kaja Kallas Aİ-nin xarici təmsilçiliyini optimallaşdırmaq üçün təkliflər hazırlayıb. Bu gün Aİ-nin 145 ölkədə ofisləri var. Aİ-nin fəaliyyətinin prioritet istiqamətlərdə cəmləşdirilməsi təklif olunur. Gəlin qeyd olunan prioritetləri nəzərdən keçirək və Ermənistanın hara aid olduğunu görək:

Prioritet - qonşu ölkələr və regionlar (Ermənistan Aİ-nin qonşusudur),

Prioritet – Aİ-yə daxil olmaq istəyən ölkələr (Ermənistan bu siyahıda yoxdur),

Prioritet – G20 ölkələri (Ermənistan bu siyahıda yoxdur və olmayacaq),

Aİ üçün təhlükənin gələ biləcəyi ölkələrə üstünlük verilir (Ermənistan bu siyahıda yoxdur).

Həmçinin diplomatik nümayəndəliklərin birbaşa Avropa İnvestisiya Bankının ofisləri, mülki müdafiə və humanitar yardım üzrə əməliyyatları həyata keçirən strukturlarla birləşdirilməsi təklif edilir.

Ümumiyyətlə, 800-ə qədər işçini ixtisar edəcəklər!

Və bu şərtlərlə Aİ Ermənistanda EUMA-nı uzatmağa hazırlaşır?! Hansı prioritetə daxildir? Rusiyaya sanksiyalardan yan keçmək üçün şərait yaradan və Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Aİ niyə missiya ilə iştirak etməlidir?!

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri