Icma.az
close
up
RU
Ermənistandakı Aİ missiyası ləğv olunacaq? Fəaliyyət müddəti bitir, yeni razılaşma yoxdur.... AzPolitika onlayn siyasiictimai qəzet

Ermənistandakı Aİ missiyası ləğv olunacaq? Fəaliyyət müddəti bitir, yeni razılaşma yoxdur.... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı hələ qərar yoxdur.

“AzPolitika” xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski erməni mətbuatına bildirib.

“Biz bunun üzərində işləyirik. Brüssel tərəfdaşlarımız qərarı bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayırlar. Çünki qərar Avropa İttifaqının bütün 27 üzvü tərəfindən veriləcək. Biz artıq İrəvandakı Ermənistan hakimiyyəti ilə, Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizlə bağlı qərar verməliyik”, - Kuberski bildirib.

Xatırladaq ki, Aİ-nin 200 nəfərdən artıq şəxsin yer aldığı yarımrəsmi missiyası Azərbaycanla sərhəddə monitorinqlər aparır. Rəsmi Bakı dəfələrlə bu missiyanın təxribatçı fəaliyyətinin dayandırılması barədə Ermənistana xəbərdarlıq edib. Eyni zamanda Aİ ölkələri qarşısında məsələ qaldırıb. Amma Avropa İttifaqı onun fəaliyyətini bir neçə dəfə uzadıb, say tərkibini genişləndirib.

Ehtimal etmək olar ki, bu dəfə Aİ missiyasının müddətinin uzadılması asan olmayacaq. Baxmayaraq ki, Fransanın təşəbbüsü ilə onun tərkibinin 400 nəfərə çatdırılması, fəaliyyət sahəsinin genişləndirilməsi barədə təklifləri var. Azərbaycanın İttifaqdakı tərəfdaşları missiyanın effektivliyini, onun rəsmi Bakı-Brüssel münasibətlərinə neqativ təsirlərini sorğulaya bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see191

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see140

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri