Icma.az
close
up
RU
Azərbaycan Ermənistandan təzminat alacaq? Müharibə cinayətləri beynəlxalq cəmiyyətin DİQQƏTİNDƏ Yeni Çağ Media

Azərbaycan Ermənistandan təzminat alacaq? Müharibə cinayətləri beynəlxalq cəmiyyətin DİQQƏTİNDƏ Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

Ermənistan və Azərbaycan arasında baş verən münaqişələr regionun siyasi mənzərəsini dəyişərək, beynəlxalq ictimaiyyətin diqqətini hər zaman cəlb edib. Bu münaqişələr zamanı ermənilərin müharibə cinayətlərinə əl atması, insan hüquqlarını pozması və mülki əhalini hədəf alması kimi faktlar geniş müzakirələrə səbəb olub.

Nəzərə almaq lazımdır ki, müharibə cinayətləri beynəlxalq hüququn ciddi pozulması deməkdir. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri təkcə münaqişə iştirakçıları üçün deyil, eyni zamanda, bütün dünya üçün əhəmiyyət kəsb edir. Mülki əhalinin hədəf alınması, mədəni irsin dağıdılması və insan hüquqlarının pozulması kimi hallar beynəlxalq hüquq baxımından ciddi narahatlıqlara səbəb olur.

Dünya ictimaiyyətinin müharibə cinayətləri ilə bağlı məlumatlandırılması, hüquqi məsuliyyətin tələb olunması və müvafiq tədbirlərin görülməsi zəruridir. Bunun üçün beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və media mühüm rol oynayır. Beynəlxalq hüquq çərçivəsində münaqişələrin araşdırılması, müharibə cinayətlərinin sənədləşdirilməsi və onların nəticələrinin ictimaiyyətə çatdırılması vacibdir.

Bir sözlə, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri beynəlxalq cəmiyyətin diqqətində olan məsələdir. Bu cinayətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması, gələcək münaqişələrin qarşısını almaq üçün mühüm addımlardan biridir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 ildə yaşayış məntəqələrimizi dağıdaraq talan etdi, dini abidələrimizi dağıtdı, mədəni irsimizi yer üzündən sildi, meşələrimizi və çaylarımızı zəhərlədi.

“Çox təəssüf ki, beynəlxalq hüquq Azərbaycanın işğal olunmuş torpaqlarla münasibətdə düzgün işləmədi. BMT TŞ-nin 4 qətnaməsi lazımsız kağız parçasına çevrildi. Halbuki bəzi ölkələrlə münasibətdə BMT TŞ-nin qətnamələrinin dərhal icra oldunduğunun şahidi olmuşuq. Bu, Qərbin riyakar, ikilistandartlı yanaşmaların nəticəsi idi. Ermənistan cəzasızlıqdan istifadə edərək Azərbaycana qarşı yeni müharibə ritorikası ilə çıxışlar etməyə başladı.

Bu gün Azərbaycana qarşı ədalətsizcəsinə qarayaxma kampaniyaları aparan Qərb dairələri torpaqlarımız işğal olunduğu, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz olduğu dövrdə susqunluğa üstünlük verərək səslərini çıxartmadı. Ona görə də 4 il əvvəl silaha əl atmağa məcbur olduq. 44 gün ərzində Ermənistanın 30 il işğal edərək yerlə yeksan etdikləri ərazilərimizi gücümüzlə azad etdik”.

Onun sözlərinə görə, keçən ilin 20 sentyabrında isə lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə Qarabağda erməni separatçıların kökünü kəsdik:

“4 il əvvəl torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistanın ölkəmizə yetirdiyi maddi və mənəvi ziyanının hesablanması üçün komissiya yaradıldı. Bu komissiyaya beynəlxalq ekspertlər də cəlb olundu. Komissiyanın işi ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə yetirdiyi ziyanı hesablamaqla bağlı idi. Təbii ki, ziyanın çərçivəsi çox genişdir. Təbiətə verilən ziyandan başlayaraq, yeraltı və yerüstü sərvətlərə qədər 100 milyardlarla dollar təşkil edir”.

Deputatın fikrincə, komissiyanın hazırladığı hesabat beynəlxalq məhkəmələr qarşısında ittihamların qaldırılması və ədalətli qərarların çıxardılması üçün hüquqi baza təşkil edəcək:

“Amma biz bu məsələdə yalnız hüquqi müstəvidə Ermənistanın ölkəmizə yetirdiyi ziyanın ödətdirilməsi istiqamətdə çalışmaqla kifayətlənməməliyik. Beynəlxalq konfranslar təşkil etməli, dünya auditoriyalarında ermənilərin əsil iç üzünü ifşa edərək tanıtmalıyıq. Bu gün bu istiqamətdə fəal işlər görülür. Təbii ki, beynəlxalq auditoriyalarda bu məsələnin müzakirəsini genişləndirməliyik”.

A. Badamov əlavə edib ki, dövlətimiz həm də beynəlxalq səyyahları azad olunmuş ərazilərə dəvət edir:

“Onlara Ermənistanın yetirdiyi ziyanı, torpaqların əsil sahiblərinə qayıdandan sonra isə necə çiçəkləndiyini göstəririk. Bu, düzgün yanaşmadır. Çünki səyyahlar bütün dünyanı gəzirlər. Onlar həm də sosial şəbəkələr, media vasitəsilə gördükləri, şahidi olduqları hadisələri bölüşürlər. Nəticədə beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərdə Ermənistanın vəhşilikləri və azad olunandan sonra bizim tərəfdən necə cənnətə çevirməyimizlə bağlı işləri görür. Biz bütün imkan və resurslardan istifadə edərək Ermənistanın işğalçılıq siyasətini ifşa etməliyik. Çox təəssüf ki, Ermənistana dayaq duran və haqq qazandırmağa çalışan dairələr də var. Təbliğatımızı o qədər düzgün qurmalıyıq ki, azərbaycanofob, islmofob və riyakar siyasi kampaniyalar aparanlar da özlərinin ədalətsiz hərəkətlərinə görə utansın”, – deyə o bildirib.

Politoloq Elşad Həsənov isə söyləyib ki, ermənilər tarix boyu məskunlaşdığı ölkələrə qarşı həmişə xəyanət edib, arxadan zərbə vurub, satqınçılıqla məşğul olublar:

“Bu, erməni millətinin xislətində mövcuddur. Təəssüf ki, etdiklərini dünyaya çatdırmaqda çətinliklər çəkmişik. Çünki tarixən ermənilər dünyanın bir çox ölkələrində, xüsusilə ABŞ, Fransa, Rusiya, İran, Livan və digər ölkələrdə yayılıblar. Böyük əksəriyyəti isə media sahəsində fəaliyyət göstərirlər.

Son 20 30 il ərzində ermənilərin ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatıdırılmasında fəaliyyətimizi gücləndirmişik. Xaricdəki diaspor təşkilatlarının apardığı təbliğat, həqiqətlərin dünyaya çatdırılması sahəsində uğurlu nəticə əldə etməyə imkan verir. Ancaq bu sahədə hələ çox iş görməliyik”.

E. Həsənova görə, Vətən müharibəsi zamanı şahidi olduq ki, media sahəsində ermənilərə uduzuruq:

“Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi otuzdan çox müsahibə həmin baryeri aradan qaldırdı. Lakin kifayətlənmək olmaz, hər birimiz mübarizə aparmalıyıq. Çünki artıq dünya çox kiçilib. Əlimizdəki telefonlardan, sosial şəbəkələrdən çox şey asılıdır. Bu səbəbdən xüsusilə ingilis, fransız, rus dillərində paylaşımları daha da artırmaq lazımdır. Ermənilərin apardığı təbliğata baxanda insan dəhşətə gəlir. Törətdikləri Xocalı faciəsini belə bizim adımıza yazmaq istəyirlər. Guya biz erməniləri məhv etmişik. Halbuki orada ölənlər hamısı Xocalı sakinləridir. Bizim Azərbaycan vətəndaşlarıdır. Bu, iyrənc təbliğatdır. Təbii ki, biz belə qarayaxmaların hər zaman layiqincə cavabını veririk”.

“Vətən müharibəsindən sonra ermənilərə bizimlə yaşamağı təklif etdik. Gəlin, bizimlə birgə sülh içində yaşayın dedik. Lakin istəmədilər. Köçüb getdilər, adını isə deportasiya, etnik təmizləmə qoydular. Böyük bacıları Fransa da onlara dəstək durdu. Halbuki nədənsə yüz minlərlə əliyalın azərbaycanlının ermənilər tərəfindən öz dədə-baba yurdlarından çıxarıldıqlarını, məhv edildiklərini görmürlər.

Ümumi yanaşdıqda, sözügedən sahədə yeni planlar qurulmalıdır. Xaricdə yaşayan gənclərimiz, insanlarımızla koordinasiyalı iş aparılmalıdır. Hər birimiz ölkəmizə qarşı törədilən və insanlığa sığmayan cinayətləri dünyaya çatdırmağa çalışmalıyıq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Noyabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see247

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see208

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see179

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see149

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see138

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see134

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see126

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see123

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri