Icma.az
close
up
RU
AZƏRBAYCAN ESTRADASINDA BİR İLK 31 ifaçı “Best of Aygun” layihəsində

AZƏRBAYCAN ESTRADASINDA BİR İLK 31 ifaçı “Best of Aygun” layihəsində

Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaradıcılığı boyu hər zaman yeniliklərə imza atan Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində daha bir ilkə imza atıb. Pop diva bu dəfə 40 illik musiqi irsini bir neçə sənət dostlarının ifasında dinləyicilərə təqdim edib. 

  Ölkənin əsas ulduzu bunun üçün 31 sənət nümayəndəsini bir araya toplayıb. Aralarında Xalq, Əməkdar artistlərin, gənc ifaçıların da yer aldığı sənətçilər Pop kraliçanın repertuarından əfsanəyə çevrilən əsərləri ilə yanaşı, dillər əzbəri olan hitlərinə yeni nəfəs veriblər.  

“Best of Aygun - All stars” adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb.   

Divanın qızı İlqarə Kazımova da anasının repertuarından ən ikonik mahnılarından biri, 30 ilə yaxındır gündəmdən düşməyən "Karie qlaza" mahnısını albom üçün səsləndirib.   

Tribyut albom (Bir sənət adamına hörmət olaraq hazırlanan xüsusi albomdur. Bu cür albomlarda bir sənətçinin məşhur mahnıları başqa ifaçılar tərəfindən yenidən səsləndirilir - red.) üzərində 7 ay böyük komanda çalışıb. Hətta Kazımovanın mahnılarını bundan əvvəl oxuyan ifaçılar onu yenidən aranjiman etdirərək, fərqli formada hazırlayıblar.   

Böyük əmək sərf olunan albom dijital platformada sevənlərin ixtiyarına verilib.   

“Best of Aygun - All stars” albomunda yer alan bəzi ifaları dinləyicilər bundan əvvəl eşitsələr də, bir çoxu ilk dəfə təqdim olunub.   

Bu layihə həm Aygün Kazımovanın sənətə verdiyi töhfənin dəyərini, həm də Azərbaycan musiqisində unikal və tarixə düşəcək bir addım kimi qiymətləndirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://shownews.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri