Icma.az
close
up
RU
Azərbaycan FHN və Rusiya FHN arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan FHN və Rusiya FHN arasında əməkdaşlıq planı imzalanıb

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 25-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov arasında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan FHN məlumat yayıb.

Görüşdə təbii və texnogen hadisələrin xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bildirilib ki, bu ilin əvvəlində Bakıda tərəflər arasında imzalanmış 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı uğurla həyata keçirilir. Bu çərçivədə, azərbaycanlı mütəxəssislər Rusiya FHN-in “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatlar Mərkəzində olub, “Tsentrospas” dəstəsinin və Noqinsk Xilasetmə Mərkəzinin bazasında beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına dair seminarda, həmçinin “Kompleks təhlükəsizlik – 2024” XV Beynəlxalq Salondakı (Sərgidəki) tədbirlərdə iştirak ediblər. Eyni zamanda, sentyabr ayında Həştərxanda keçirilmiş Xəzər dənizinin şimal hissəsində dənizdə baş vermiş şərti qəza və neft dağılmalarının aradan qaldırılmasına dair təlimin izlənildiyi qeyd olunub. Həmçinin, il ərzində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) dəstəyi ilə Rusiya FHN-in müvafiq ali məktəbləri vasitəsilə üç birgə elmi-praktik konfrans və iki ixtisasartırma kursu keçirilib.

Görüşdə növbəti ildə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə gələn ilin yanvar ayının sonunda Arxangelskdə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təhlükəsiz Arktika – 2025” idarələrarası təcrübə-tədqiqat təlimlərinin keçirilməsi nəzərdə tutulur və bu təlimlərdə Azərbaycan FHN müşahidəçi qismində iştirak etmək niyyətindədir.

Rusiya FHN-in rəhbəri bildirib ki, “bu, nəinki Arktikada təbii və texnogen fəlakətlərlə mübarizə sahəsində müasir yanaşma və texnologiyaları sınaqdan keçirməyə imkan verəcək, eyni zamanda bizim birgə keçirəcəyimiz “Xəzər-2026” beynəlxalq təlimlərə hazırlıq üçün yeni maraqlı ideyalar verəcək”.

Görüşdə MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı olduğu vurğulanıb. Belə ki, Rusiya və Belarusun Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iclaslarının səviyyəsini nazirlər səviyyəsinə qaldırmaq təşəbbüsünün Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi bildirilib. Rusiyalı nazir bildirib ki, bu, Birlik çərçivəsində qarşılıqlı əməkdaşlığa əlavə təkan verəcək.

Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əməkdaşlığın fövqəladə hallar sahəsində dövlətlərarası münasibətlərin mühüm aspektlərindən biri olduğu qeyd olunub. BMMT-in potensialı sayəsində Azərbaycan fövqəladə hallar orqanlarının daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr uğurla həyata keçirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri