Icma.az
close
up
RU
“Azərbaycan futbolda geridədir” deyən gürcü ekspertə səfirdən cavab

“Azərbaycan futbolda geridədir” deyən gürcü ekspertə səfirdən cavab

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin 31 Mart soyqırımı, Qərbi Azərbaycan və minalar mövzularında təşkil etdiyi konfransda jurnalist, siyasi analitik Vaso Kapanadze çıxışında futbol mövzusuna toxunub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirərək Azərbaycanın futbol sahəsində Gürcüstandan geri qaldığını vurğulayıb.

Konfransda yekun nitqlə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev V.Kapanadzenin futbolla bağlı fikirlərinə münasibət bildirib.

Diplomat Gürcüstan yığmasının UEFA Millətlər Liqasının pley-off mərhələsində keçirdiyi hər iki görüşdə qələbə qazanmasına gürcülər qədər sevindiyini söyləyib. F.Quliyev xatırladıb ki, vaxtilə Gürcüstanın Futbol Federasiyasının əsas dəstəkçisi Azərbaycan tərəfi olub.

Teleqraf-ın yerli bürosunun əməkdaşı gürcü ekspertdən futbolla bağlı səsləndirdiyi fikirlərinə Azərbaycan səfirinin reaksiyasını necə qarşıladığı ilə maraqlanıb.

V.Kapanadze öncə futbol fanatı olduğunu və bu sahədən yaxşı başı çıxdığını qeyd edib.

“Azərbaycan və Gürcüstan arasında futbol sahəsində əməkdaşlıq aktivləşdirilməlidir. Yaxşı olardı ki, iki ölkənin milli yığmaları arasında yarımrəsmi və dostluq matçları keçirilsin. Oyunların əsasında komandaların hansı səviyyədə olduqlarını müəyyən etmək olar. Bu yaxınlarda Gürcüstan millisi yekun nəticədə 9:1 hesabı ilə Ermənistan yığmasını məğlub etdi. İndi Azərbaycan yığmasının hansı vəziyyətdə olduğu maraqlıdır. Bir faktı mütləq qeyd etməliyəm ki, Azərbaycanda klub futbolu Gürcüstanla müqayisədə daha yaxşı inkişaf edib. Bunu son illərdə Azərbaycan klublarının nailiyyətləri, Gürcüstan klublarının isə uğursuzluqları göstərir”, – ekspert söyləyib.

Siyasi analitik Azərbaycan tərəfinə vaxtilə Gürcüstan futboluna göstərdiyi ciddi dəstəyə görə minnətdarlığını ifadə edib və bu dəstəyin bir çox sektorları, o cümlədən ictimai-siyasi və sosial sahələri də əhatələdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi 2011-2012-ci illərdə Gürcüstanın Futbol Federasiyasının baş sponsoru olub. Şirkət qonşu ölkədə futbol infrastrukturu və uşaq futbolunun inkişafına böyük töhfələr verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri