Icma.az
close
up
RU
Azərbaycan futbolunun tez parlayıb sönən ulduz ları

Azərbaycan futbolunun tez parlayıb sönən ulduz ları

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 33-cü turu maraqlı hadisə ilə yadda qaldı: artıq çempionluğu təmin etmiş "Qarabağ"ın heyətində 15 yaş 204 günlük Amin Rzayev debüt etdi. Bu, son 12 mövsümün rekord göstəricisidir. O, 16 yaşı tamam olmadan Premyer Liqada oynayan son 15 mövsümdəki altıncı futbolçudur. Rzayevdən daha gənc yaşda yalnız Budaq Nəsirov və Anar Həsənov debüt edib. Digər adlar - Orxan Əliyev, Elnur Cəfərov və Səbuhi Abdullazadə də vaxtilə "çox ümidverici" sayılırdılar. Bəs onların taleyi necə oldu? Yazıda bu suala cavab axtaracaq, Amin üçün nəyin düzgün, nəyin yanlış "yol xəritəsi" ola biləcəyinə nəzər salacağıq.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

60 milyonluq Budaq

Rekordçu Budaq Nəsirov 2011/12 mövsümündə, 15 yaş 128 günündə "Turan"ın heyətində debüt etdi. Daha sonra, o, özünü "Kəpəz"də göstərdi. Budaq 2016-cı ildə Portuqaliyanın "Sportinq" klubu ilə müqavilə bağladı. "Ulduz ovçusu" kimi tanınan Lissabon klubu onun potensialına o qədər inanırdı ki, gənc futbolçuya 60 milyon avroluq təzminat məbləği təyin edilmişdi. "Sportinq"in B komandasında başlanğıc yaxşı olsa da, Budaq sonradan formadan düşdü. İkinci ilində demək olar ki, şans qazanmayan yarımmüdafiəçi, icarə ilə "Zirə"yə gəldi, ardınca yenidən Pireney yarımadasına qayıtdı və tezliklə demək olar ki, futbol dünyasından silindi. Hətta bir müddət onun Türkiyədə xidmət sahəsində çalışdığı belə iddia olunurdu. "Turan Tovuz" 2023-cü ildə Nəsirova ikinci şansı verdi, lakin intizamsızlıq səbəbindən bundan da yararlana bilmədi. Qısamüddətli "Karvan" karyerasının ardınca Budaq yenidən "yoxa çıxıb".

Siyahının ikinci adı Anar Həsənov 15 yaş 202 günündə "Rəvan"da debüt etsə də, karyerası uğurlu alınmadı.

Əldən verilən fürsət

2011-ci ildə "Sumqayıt"da debüt edən Orxan Əliyev uğurlu çıxışı ilə diqqət çəkməyi bacarmışdı. Bir il sonra artıq Portuqaliyanın köklü klublarından "Portu"nun diqqətini çəkən gənc oyunçu komandanın baxışına dəvət aldı. Klub onu əvəzedici heyətə götürmək istəsə də, Orxanın planları başqa idi. O, yalnız əsas komandada oynamaq istədiyi üçün bu transfer baş tutmadı. Sonradan "Xəzər Lənkəran"dan tutmuş "Araz-Naxçıvan"a qədər bir çox komandalarda oynasa da, heç cür arzuladığı zirvəyə çata bilmədi. Hazırda 29 yaşında olan hücumçu "Turan Tovuz"un formasını geyinir. Bir o qədər də şans qazanmayan forvard yenicə I Liqaya yüksələn "Şəfa" klubunun transfer hədəfidir. Güman ki, növbəti mövsümü məhz Bakı klubunda keçirəcək.

Daha bir uğursuz Portuqaliya sərgüzəşti

15 yaş 320 günündə "Xəzər Lənkəran"da debüt edən Elnur Cəfərov siyahımızda Budaq Nəsirovla birgə gələcəyinə ən çox ümid bəslənən ad idi. O, 2016-cı ildə Portuqaliyanın "Tondela" klubuna keçdi. Lakin bir neçə ay sonra baş məşqçi ilə yaşadığı konflikt səbəbindən komandadan ayrıldı. Düzdür, Elnur dərhal Azərbaycana qayıtmadı. O, "Tondela"dan sonra Xorvatiyanın "Duqopolye" klubunda çıxış etdi. Lakin orada da möhkəmlənmək mümkün olmadı. Ardınca ölkə daxilində həm Premyer Liqa, həm I Liqada şans qazanan Cəfərov tam mənada özünü göstərə bilmədi və heç vaxt potensialını tam açması mümkün olmadı. Hazırda o, "Şəfa"nın heyətində çıxış edir.

Siyahının ən stabil inkişaf göstərən üzvü Səbuhi Abdullazadədir. 15 yaş 349 günlüyündə "Sumqayıt"da debüt edən yarımmüdafiəçi hazırda 23 yaşındadır və yetirməsi olduğu klubun liderlərindəndir. Ondan fərqli olaraq digərləri üçün fürsətlər ötüb keçmiş olsa da, Səbuhi üçün hələ də hər şey mümkündür. Sadəcə, artıq daha bir pillə adlamağın vaxtıdır.

Amin Rzayev üçün dərs: istedad yetərli deyil

Amin Rzayev üçün isə hər şey indi başlayır. Qurban Qurbanov kimi ciddi və sistemli məşqçinin rəhbərliyi altında formalaşmaq, onun üçün böyük şansdır. Belə bir mütəxəssis ona şans verirsə, deməli, həqiqətən, böyük potensiala malik oyunçudur. Amma sadəcə istedad kifayət deyil. Budaq, Elnur, Orxan kimi adlar bacarıq baxımından zəif deyildi, lakin xarakter, mental hazırlıq və peşəkarlıqda axsadılar. Mahir Emreli, Ramil Şeydayev, Araz Abdullayev və digər bir neçə ad da buna nümunədir.

Amin düzgün yol seçməli, həm intizamlı, həm də məqsədyönlü olmalıdır. Təkcə debüt etməklə yox, davamlı inkişafla fərqlənmək, real karyera qurmaq onun əsl uğuru olacaq. O, gənc yaşda Azərbaycan futbolunda nadir rast gəlinən fürsəti qazanıb. İndi bu fürsəti dəyərləndirmək növbəsi özündədir. Əgər peşəkarlığı önə çəkər, təvazökarlıq və əzmlə çalışarsa, nəinki Premyer Liqada, hətta beynəlxalq səviyyədə də Azərbaycan futbolunun yeni simasına çevrilə bilər. Əks halda, o da adı keçmişlər sırasında xatırlananlardan biri olacaq. Aminin daha yaxşı nümunə olması diləyi ilə...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 May 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri