Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Banişevski Azərbaycan futbolunun əfsanəsi

Banişevski Azərbaycan futbolunun əfsanəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən “Neftçi”də böyüyüb, boya-başa çatmışam. Onunla   birlikdə   fəxri   kürsüyə    yüksəlmiş,    güclülər   dəstəsini    tərk  etmiş   və   yenə   qayıtmışam. Oynamağı   bitirdikdə,   əlbəttə ki,   “Neftçi”nin   çılğın   azarkeşi   olacağam”.

Azərbaycanın idman ictimaiyyətinin, bütün xalqımızın dərin minnətdarlıq hissi ilə qəbul etdiyi bu sözlər bu gün, fevralın 23-də anadan olmasının 79-cu ili tamam olan unudulmaz Anatoli Banişevskiyə məxsusdur. Ruhu şad olsun. O, xatirələrdə “Neftçi”yə, Bakıya, Azərbaycana əsl sədaqət nümunəsi kimi yaşayır.

Hər dəfə, xüsusən də 23 fevral və 10 dekabrda –futbol əfsanəmizin doğum və anım günlərində Banişevski deyəndə, Banişevskini xatırlayanda nələr yada düşmür?

“Neftçi”nin heyətində SSRİ çempionatının güclülər dəstəsində 212 oyun və 81 qol.

1978-ci il oktyabrın 15-də gözlərimiz qarşısında, Bakıda Dnepropetrovskın “Dnepr” komandasının qapısından keçirdiyi 2 topla ölkə birinciliklərində və kubok yarışlarında vurduğu qolların sayını 100-ə çatdırıb, “Q. Fedotov Klubu”na üzv olması.

Daim rəqiblərin müdafiə xəttini gərgin vəziyyətdə saxlaması, hər iki ayağı ilə mükəmməl zərbələri, başla əla oyunu, komanda yoldaşlarını ağır mübarizəyə ruhlandırmaq və arxasınca aparmaq bacarığı.

Öz dövründə sovet futbolunda ən güclü hücumçulardan biri olması, SSRİ yığma komandası heyətində 51 oyunda 20 qol vurması.

Həmin komandanın tərkibində Avropa çempionatının gümüş mükafatçısı olması. 1965-ci ildə bu komanda ilə Cənubi Amerikaya səfər zamanı 2015-ci ildən Bakı ilə qardaşlaşmış Rio-de-Janeyronun nəhəng “Marakana” stadionunda Braziliya millisi ilə yoldaşlıq görüşündə uzaq məsafədən başla vurduğu qol və gərgin oyunda qeydə alınmış heç-heçə (2:2).

“Neftçi”nin liderinin 1965-ci ildə sovet yığma komandasının Yunanıstanda bu ölkənin millisi ilə dünya çempionatının seçmə görüşündə var gücü ilə parlaması. SSRİ futbolçularının 4:1 hesabı ilə qalib gəldikləri matçda üç qolun müəllifi bakılı hücumçu olmuşdur.

Daha nələr, nələr? Hamısını bir yazıya sığışdırmaq mümkün deyil. A. Banişevskinin futbol həyatı tarixi nailiyyətlər və əlamətdar hadisələrlə zəngindir.

Bu nailiyyətlərin ən şirinləri 1966-cı ilə təsadüf etmişdir. Biri yayda uzaq İngiltərədə, digəri isə payızda doğma Bakıda qeydə alınmışdır.

Futbolun vətənində 59 il əvvəl keçirilmiş dünya çempionatı tərkibində Banişevskinin də çıxış etdiyi SSRİ komandası futbolçularının bürünc medalları ilə yadda qalmışdır. Nə həmin ilədək, nə də ondan sonra sovet kollektivi mundiallarda belə böyük uğur qazana bilməmişdir. 

Həmyerlimizin çempionatda nümayiş etdirdiyi yüksək ustalıq da diqqətdən kənarda qalmamış, o vaxtlar mətbuatda yayılan məlumata görə, beynəlxalq futbol bazarında ona 150 min funt sterlinq məbləğində qiymət qoyulmuşdu. Bu məbləğ isə təxminən yarım milyon ABŞ dollarına bərabər idi. 

Dünya çempionatı sınaqlarından 4 ay sonra Banişevski bir daha – bu dəfə doğma “Neftçi”nin heyətində fəxri kürsüyə yüksəldi, 28-ci SSRİ çempionatının da bürünc mükafatçısı oldu. Çempionatda üçüncü yerin taleyinin həll olunduğu oyunda “Neftçi” stadionumuzun tribunalarına toplaşan 45 min pərəstişkarını Moskvanın “Spartak” komandasının qapısına vurduğu 3 cavabsız qolla sevindirdi. Oyunun qəhrəmanı isə məşhur qapıçı, sonralar da televiziyada rəğbətlə qarşılanan şərhləri ilə diqqətləri özünə cəlb etmiş Vladimir Maslaçenkonu 2 dəfə topu tordan çıxarmağa məcbur edən Banişevski oldu.

Yenə maraqlıdır, “Neftçi” nə həmin tarixi uğurdan əvvəl, nə də sonra heç vaxt SSRİ çempionatlarında medal qazanan komandalar sırasında olmayıb. Bir ildə iki tarixi nailiyyət, iki bürünc medal hələ çox gənc – 20 yaşlı  mərkəz hücumçumuzu göylərə qaldırdı.

Bir vaxtlar fəxrlə, qürurla “Mən “Neftçi”də böyüyüb, boya-başa çatmışam. Onunla birlikdə fəxri kürsüyə yüksəlmiş, güclülər dəstəsini tərk etmiş və yenə qayıtmışam. Oynamağı bitirdikdə, əlbəttə ki, “Neftçi”nin çılğın azarkeşi olacağam”, – deyən Anatoli Banişevskinin cəmi 51 illik ömründə son mükafatı isə ölümündən 1 il əvvəl, 1996-cı ildə Prezident Heydər Əliyevin imzaladığı sərəncamla Vətənin yüksək mükafatı – “Şöhrət” ordeni oldu. 

Futbol ictimaiyyətimiz hər il olduğu kimi, bu gün də Anatoli Andreyeviç Banişevskini böyük sevgi və dərin ehtiramla yad edir.

Nə yaxşı ki, futbol əfsanəsinə çevrilmiş  “9 nömrə”nin oyununu, vurduğu qolları görmüş və yorulmadan alqışlamışıq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:341
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri