Azərbaycan Futzal Federasiyasının rəsmisi U 19 yığması ilə görüşüb
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA-nın Futbol akademiyasında Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması ilə görüşüb.
"Report"un məlumatına görə, vitse-prezident Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmanın üzvlərinə hazırlıq prosesini yaxın izlədiyini, komandanın durumu ilə mütəmadi maraqlandığını bildirib, federasiya rəhbərliyi adından uğurlar arzulayıb.
Baş məşqçi İlqar Aslanov komandanın səfəröncəsi durumu barədə məlumat verib və təlim-məşq toplanışı zamanı yaradılan şəraitlə bağlı minnətdarlığını bildirib.
Qeyd edək ki, U-19 yanvarın 24-dən 27-dək San Marinoda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. B qrupunda yer alan yığma yanvarın 25-də Kosovodan, ertəsi gün isə San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Yekunda qrup qalibi olacaq komanda əsas mərhələyə vəsiqə qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 22 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















