Icma.az
close
up
RU
Azərbaycan futzal millisinin sabiq baş məşqçisi: Şadam ki, “Araz Naxçıvan” aid olduğu yerə Çempionlar Liqasına geri dönüb

Azərbaycan futzal millisinin sabiq baş məşqçisi: Şadam ki, “Araz Naxçıvan” aid olduğu yerə Çempionlar Liqasına geri dönüb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, AZƏRTAC

“Araz-Naxçıvan”ın bu mövsüm Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Şadam ki, komanda aid olduğu yerə geri dönüb. Çünki onların Azərbaycan futzalında böyük tarixi var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” komandasının braziliyalı keçmiş baş məşqçisi Joze Alesio Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Lissabon təmsilçisinin çətin rəqib olduğunu bildirib: “Komanda uzun illər çempionatda dominantlıq edən “Sportinq”i taxtdan salaraq ötən mövsüm Portuqaliya liqasının qızıl medallarını qazandı. Bu kollektivin baş məşqçisi mənim dostum və keçmiş komanda yoldaşımdır. Hazırda Lissabon təmsilçisi əla formadadır. Komanda təxminən iki ildir ki eyni fəlsəfə ilə irəliləyir. “Benfika” yaxşı texniki keyfiyyətə, fiziki gücə, intensivliyə və hərəkətliliyə malik kollektivdir. Bu amillər istənilən rəqibin işini çətinləşdirir. “Araz-Naxçıvan” ilk matçda uğurlu nəticə istəyirsə, yaxşı oyun göstərməlidir”.

Braziliyalı mütəxəssis Portuqaliya futzalının inkişaf etdiyini vurğulayıb: “Portuqaliyanın futzal ölkələri hesab olunan Braziliya və İspaniyanı geridə qoyaraq, dünya, Avropa çempionu olması təsadüfi deyil. Portuqaliya futzalı illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək “Araz-Naxçıvan” – “Benfika” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu dekabrın 5-də reallaşacaq. Bu cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) duelinin güclüsü ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri