Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub
Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.
Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə Əl-Əzhəri Şərifin şeyxi Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
O, region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd edib. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu deyən qonaq Azərbaycanın həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla söyləyib.
Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















