Icma.az
close
up
RU
Azərbaycan gənci azad, sabit, özünə güvənən ölkədə yaşayır

Azərbaycan gənci azad, sabit, özünə güvənən ölkədə yaşayır

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"“Bizim xalqımızın gələcəyi gənclərdir...” – Ulu Öndər Heydər Əliyevin bu fikri sadəcə çağırış deyil. Bu, Azərbaycanın müstəqil dövlətçilik strategiyasının əsas sütunlarından birinə çevrilmiş konsepsiyadır. Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü təsis edən ilk dövlət kimi gənclər siyasətində bir çox ölkələri və hətta beynəlxalq ictimaiyyəti qabaqlayıb.1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev gənclərlə işi dövlət siyasətinin prioritet istiqamətinə çevirdi.1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin institusional çərçivəsini formalaşdırdı. Ardınca imzalanan fərman və sərəncamlar gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təmin edən hüquqi bazanı yaratdı".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyevin gənclər qarşısında qoyduğu tarixi vəzifə bu gün də aktuallığını qoruyur:

"“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

“Qızıl kitab”, “Prezident təqaüdü”, xaricdə təhsil ənənəsinin bərpası, istedadlı gənclərin stimullaşdırılması – bütün bunlar insan kapitalının formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsi idi. 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Qanun isə bu siyasətin hüquqi konstitusiyasına çevrildi.

Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti müasir dövrün tələblərinə uyğun şəkildə daha da genişləndirdi. 2007-ci ilin “Gənclər ili” elan olunması, “Gənclər evi” şəbəkəsinin yaradılması, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Yüksəliş” müsabiqəsi, “Gənclər üçün Prezident Mükafatı” kimi təşəbbüslər gənclərin potensialının reallaşması üçün real platformalar yaratdı.

Könüllülər hərəkatının genişlənməsi və 2020-ci ilin “Könüllülər ili” elan olunması cəmiyyətdə yeni davranış mədəniyyəti formalaşdırdı. Gənclər artıq təkcə dövlətin diqqət mərkəzində olan sosial qrup deyil, dövlətin inkişafında fəal iştirak edən aparıcı qüvvəyə çevrildilər".

Deputatın sözlərinə görə Vətən müharibəsi illərlə aparılan gənclər siyasətinin real nəticəsini ortaya qoydu: "Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər Azərbaycanın ərazi bütövlüyünü bərpa edən əsas qüvvə oldular. Ön cəbhədə döyüşən də, informasiya müharibəsində üstünlük qazanan da məhz gənclər idi.

Bu, Heydər Əliyevin illər əvvəl səsləndirdiyi ideyanın – gənclərin dövlət müstəqilliyinin qorunmasında aparıcı rolunun praktiki təsdiqi idi.

Təhsil, insan kapitalı və Dördüncü Sənaye İnqilabı

“Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası çərçivəsində minlərlə gəncin dünyanın nüfuzlu universitetlərində təhsil alması təmin olunub. 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramı artıq yeni mərhələyə keçib. 2026–2027-ci tədris ili üçün 33 ölkədə 231 universitet üzrə 4121 proqramın təsdiqlənməsi Azərbaycanın gələcəyə necə hazırlaşdığını göstərir.

Dördüncü Sənaye İnqilabı dövründə texnologiyalara ən tez adaptasiya olan da məhz gənclərdir və dövlət siyasəti bu reallığı nəzərə alaraq formalaşdırılır.

Olimpiya kompleksləri, Avropa Oyunları, “Bakı-2015”, “Eurovision-2012”, gənc idmançıların rekord nəticələri – bunlar gənclərin beynəlxalq arenada Azərbaycanın simasına çevrildiyini göstərir. 2025-ci ildə qazanılan 2000-dən çox medal bu diqqətin nəticəsidir.

Fondun elm, təhsil, mədəniyyət, səhiyyə, ekoloji və sosial sahələrdə həyata keçirdiyi layihələr minlərlə gəncin fərdi və peşəkar inkişafına şərait yaradıb. Bu, dövlət siyasətinin ictimai dəstək mexanizmi kimi çıxış edir.

Bu gün Azərbaycan gənci azad, sabit, özünə güvənən ölkədə yaşayır. O, dövlətin diqqətini real imkanlara çevrilmiş şəkildə görür. 2 Fevral təkcə bayram deyil, dövlətin xalqın gələcəyinə verdiyi strateji dəyərin simvoludur.

Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin müasir mərhələyə daşıdığı gənclər siyasəti nəticəsində Azərbaycan gənci artıq gələcəyin gözləntisi deyil, bu günün aparıcı qüvvəsidir. Azərbaycanın sabahı məhz bu gün formalaşan gəncliyin əlindədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri