Icma.az
close
up
RU
Dayanıqlı inkişaf, yeni hədəflər

Dayanıqlı inkişaf, yeni hədəflər

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir xalqın və dövlətin tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən önəmli günlər vardır. Azərbaycan tarixində belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Ölkəmizin suveren dövlət kimi mövcudluğunu, xalqın öz taleyinə sahib çıxmaq əzmini və dövlət müstəqilliyinin bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.

1991-ci ilin əvvəllərində Sovet İttifaqında baş verən siyasi, iqtisadi və sosial böhranlar ittifaq respublikalarında müstəqillik hərəkatlarını gücləndirdi. Azərbaycan xalqı da öz azadlığı və dövlət suverenliyi uğrunda mübarizəyə qalxmışdır. Bu hərəkatın nəticəsi olaraq, 1991-ci ilin 20 sentyabrında Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu sənəd Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həlledici addımlardan biri oldu.
Konstitusiya Aktı Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini təsdiqlədi. Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanındı, respublikanın qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başladı.
Bu gün Azərbaycan Respublikası müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutur. 1991-ci ildən bəri ölkədə dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər əldə edilmiş, iqtisadiyyat güclənmiş, ordu quruculuğu sahəsində ciddi irəliləyişlər olmuşdur.
Ermənistanın 2020-ci il Tovuz hadisələri ilə başlayan növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində, 27 sentyabrda başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal edilmiş ərazilərimiz azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə böyük əməliyyatlara başlanıldı. Cəmi 23 saat davam edən dövlət suverenliyinin tam bərpası əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Beləliklə, hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir.
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir. Həm konstitusiya prinsip və dəyərlərinin möhkəmləndirilməsi, həm də milli suverenliyin tam bərpası bu ilin əsas məzmununu təşkil edir.

Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri