Azərbaycan Gimnaziadada paraddan keçib Açılış mərasimi FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Serbiyanın dağ kurort ərazisi hesab olunan şəhərin mərkəzində baş tutub.
Tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Azərbaycan millisi paraddan 4-cü keçib. Üçrəngli bayrağımızı yunan-Roma güləşçimiz, Avropa çempionu Qurban Məcnunov və boksçumuz, qitə birinciliyinin mükafatçısı Kəmalə Həsənova daşıyıb.
Azərbaycan komandası adından Gənclər və İdman Nazirliyinin əməkdaşı Nailə Xanlarova feyr-pleylə bağlı çıxış edib. O bildirib ki, millimiz adından ədalətli və mehriban şəkildə mübarizə aparmağa, hakimlərin və rəsmilərin qərarlarına hörmət ediləcəyinə söz verir.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, aprelin 4-dən 14-dək keçiriləcək Gimnaziadada 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan millisi yarışda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
İdman.biz
Baxış sayı:103
Bu xəbər 05 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















