Azərbaycan gömrükçülərinin aylıq vəzifə maaşlarının məbləğləri təsdiqlənib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında qərarlar qəbul edib.
Qərarları Baş nazir Əli Əsədov imzalayıb.
Maliyyə Nazirliyinə tapşırılıb ki, gömrükçülərin aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar olaraq xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmasını və ödənilməsini təmin etsin.
Qərarlar bu il yanvarın 1-dən qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















