Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir

Azərbaycan Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.

"Yeni Sabah" xəbər verir ki, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib.

Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Marqarita pizza

Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

*Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.*

Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə *ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.*

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, *əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur.* Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.

Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək.

ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.

Qeyd edək ki, son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.

Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Avqust 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri