Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Hava Yolları 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edir.
Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək. Yeni uçuş cədvəli sərnişinlərə turizm, işgüzar səfərlər və digər məqsədlərlə səyahətlərini münasib qaydada planlaşdırmaq üçün əlavə imkanlar yaradacaq.
Səudiyyə Ərəbistanının əsas iqtisadi, turizm və nəqliyyat mərkəzlərindən biri olan Ciddə Qırmızı dəniz sahilində yerləşir. Şəhər ölkənin mühüm biznes və turizm mərkəzlərindən olmaqla yanaşı, Məkkə və Mədinəyə səfər edən sərnişinlər üçün də əsas hava nəqliyyatı qovşaqlarından biridir.
Ciddəyə birbaşa uçuşların bərpası Azərbaycan və Səudiyyə Ərəbistanı arasında səyahət imkanlarını genişləndirməklə yanaşı, sərnişinlərə iki ölkə arasında daha rahat hava əlaqəsindən yararlanmağa imkan verəcək.
Biletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Türk Hava Yolları Minskə uçuşları bərpa edir
28 İyul 2026 17:57
Türk Hava Yolları Hələbə uçuşları bərpa etdi
01 Avqust 2025 19:53
Türk Hava Yolları Hələbə uçuşları bərpa edəcək
29 İyul 2025 01:00
Türk Hava Yolları Suriyaya uçuşları bərpa edib
23 Yanvar 2025 23:06
Türk Hava Yolları bu uçuşları ləğv edir
07 May 2025 09:08
Baxış sayı:128
Bu xəbər 08 Sentyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları